Modern.az

BDU-dan çinli tələbə ilə bağlı AÇIQLAMA

BDU-dan çinli tələbə ilə bağlı AÇIQLAMA

Təhsil

4 Fevral 2020, 21:47

"Bakı Dövlət Universitetinin Tarix fakültəsinin III kurs tələbəsi Çin Xalq Respublikası vətəndaşı Liu Yousha bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdən evə buraxılıb. Aparılan tibbi müayinələr əsasında tələbənin orqanizmində təhlükəli virusun olmadığı öz təsdiqini tapıb və ona səhhətində heç bir problemin aşkarlanmadığına dair arayış təqdim edilib".

 

Bu barədə  Modern.az-a  Bakı Dövlət Universitetindən bildirilib.

Qeyd edək ki,  19 yanvar 2020-ci il tarixində Çindən Bakıya qayıdan Liu Yousha Universitet rəhbərliyinin təşəbbüsü ilə zəruri müayinələrdən keçmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib və tələbə 14 günlük karantin dövrünü həkim nəzarəti altında başa vurub.

Hazırda Liu Youshanın tədris prosesinə qatılması Universitet rəhbərliyi tərəfindən tam təmin olunub. Universitet rəhbərliyi Liu Youshaya müayinə təklifini anlayışla qarşıladığına görə təşəkkür edir və ona müvəffəqiyyətlər arzulayır. Eyni zamanda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə əməkdaşlığa görə minnətdarlığını bildirir.

Qeyd edək ki, cari tədris ilində BDU-da Çin və ona sərhəd ölkələrdən 30-a yaxın tələbə təhsil alır və onlar sağlamlıqlarını qorumaq məqsədilə tətil müddətində Çinə getməyəcəkləri barədə məlumat veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı