Arxiv
6 Fevral 2020, 18:16 | DİASPOR
Dövlət Komitəsinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edib

Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Komitənin nümayəndə heyəti fevralın 6-da “Kral Salman” Humanitar Yardım Mərkəzinin (KSHYM) rəhbəri Abdullah Ər-Rabiə ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanına ilk dəfə səfər etdiyini bildirən və bu ölkədə olmaqdan məmnunluq duyduğunu ifadə edən Komitə sədri dövlətlərimiz arasında əsası Ümummilli lider Heydər Əliyev və Səudiyyə Ərəbistanı Kralı Fəhd bin Əbdüləziz Al Səud tərəfindən qoyulmuş münasibətlərin iki ölkənin dövlət başçıları Prezident İlham Əliyev və Kral Salman bin Əbdüləziz Al Səudun səyləri nəticəsində daha da inkişaf etdiyini diqqətə çatdırıb.

 

Görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub, humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti qeyd edilib.

 

Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında Səudiyyə Ərəbistanı tərəfini məlumatlandıran Komitə sədri azərbaycanlıların dünyanın 50-dən artıq ölkəsində yaşadıqlarını və yerli cəmiyyətlərə asanlıqla inteqrasiya etdiklərini bildirib. O, qeyd edib ki, hazırda xaricdə yaşayan həmvətənlərimiz üçün müxtəlif irimiqyaslı layihələr həyata keçirilir.

 

Komitə sədri Heydər Əliyev Fondunun fəaliyyəti, onun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi layihələr, habelə beynəlxalq əlaqələri barədə qarşı tərəfə məlumat verib.

 

Səudiyyə Ərəbistanında yaşayan soydaşlarımızın əsasən səhiyyə sektorunda çalışdığı barədə məlumat verilib və onların yaşadıqları ölkənin inkişafına öz töhfələrini verdikləri vurğulanıb.

 

Abdullah Ər-Rabiə Səudiyyə Ərəbistanının ali rəhbərliyinin Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdıraraq, Azərbaycan tərəfinin əməkdaşlıqla bağlı təkliflərini və Azərbaycanla əməkdaşlıq əlaqələrini müzakirə etməyə hazır olduğunu bildirib.

 

“Kral Salman” Humanitar Yardım Mərkəzi haqqında Azərbaycan nümayəndə heyətinə məlumat verən A.Ər-Rabiə rəhbərlik etdiyi qurumun fəaliyyətinin çoxşaxəli olduğunu, həyata keçirdiyi layihələrin təkcə Səudiyyə Ərəbistanının deyil, bütün müsəlman dünyasının rifahına xidmət etdiyini diqqətə çatdırıb.

 

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf istiqamətlərinə dair geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər irəli sürülüb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə də virusa yoluxanların sayı 100 mini ötdü 6 Aprel 2020, 01:28 Koronavirusa yoluxan Boris Conson xəstəxanaya yerləşdirildi 6 Aprel 2020, 00:59 "İctimai Qərargah ictimai sektorun  potensialını tam səfərbər edəcək" - Azay Quliyev 6 Aprel 2020, 00:51 Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ 6 Aprel 2020, 00:43 “Koronavirusa bir yoluxma 30, bəzən isə 60 insanı yoluxdurur”  - Ramin Bayramlı  6 Aprel 2020, 00:36 SMS müraciətlərinə cavab bu səbəbdən gecikir - RƏSMİ 6 Aprel 2020, 00:21 "Ölkənin internetə artan tələbatını təmin edəcəyik" - Elmir Vəlizadə 6 Aprel 2020, 00:04 Fransada 8078  nəfər koronavirusun qurbanı oldu 5 Aprel 2020, 23:46 Türkiyədəki azərbaycanlılarla bağlı son vəziyyət belədir – JURNALİST MƏHSƏTİ ŞƏRİFLƏ MÜSAHİBƏ 5 Aprel 2020, 23:29 Deputatdan çağırış: “Səbir edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun” - VİDEO 5 Aprel 2020, 23:05 Koronavirus dünyada  62 784 can aldı 5 Aprel 2020, 22:47 Gəncədə kişi naməlum şəxs tərəfindən bıçaqlandı 5 Aprel 2020, 22:33 Azərbaycanda daha 3080 nəfər koronavirusla bağlı test edildi - FOTO 5 Aprel 2020, 22:23 Ziyad Səmədzadə karantinə alınmayıb - Deputatın köməkçisi danışdı 5 Aprel 2020, 22:00 Ermənistanda 822 nəfər COVID-19-a yoluxdu 5 Aprel 2020, 21:46 Bu ölkədə virusa yoluxan azərbaycanlı sağaldı 5 Aprel 2020, 21:31 Türkiyədə koronovirusdan ölü sayı 574-ə çatdı 5 Aprel 2020, 21:14 UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!” - VİDEO 5 Aprel 2020, 21:10 İtaliyada koronavirusdan ölənlərin sayı 15 887 nəfərə çatdı 5 Aprel 2020, 20:58 Azərbaycanın bu rayonunda maskalar pulsuz paylanacaq 5 Aprel 2020, 20:44 Bu ölkədə bir sutkada 674 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 20:30 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 5 Aprel 2020, 20:27 Fəzail Ağamalı qarət olmasından DANIŞDI 5 Aprel 2020, 20:22 AMEA karantin rejimində necə İŞLƏYİR? 5 Aprel 2020, 20:16 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 5 Aprel 2020, 20:15 Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT 5 Aprel 2020, 20:04 Azərbaycanda koronavirusdan daha 2 şəxs vəfat etdi 5 Aprel 2020, 19:33 Koronavirusa yoluxan keçmiş Baş Nazir öldü 5 Aprel 2020, 19:07 “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ 5 Aprel 2020, 18:40 Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10