Modern.az

UNEC-dən ölən tələbə ilə bağlı AÇIQLAMA

UNEC-dən ölən tələbə ilə bağlı AÇIQLAMA

12 Fevral 2020, 10:44

Xəbər verdiyimiz kimi, Bakıda tələbə dəm qazından boğulub.

 

 Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb.

 

 Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, dəm qazından dünyasını dəyişən tələbə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbəsi deyil:

 

“Araşdırma apardıq. Məlum oldu ki, dəm qazından boğularaq dünyasını dəyişən tələbə qız bizim universitetdə təhsil almayıb”.

 

 Faktla bağlı Xətai rayonProkurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir