Modern.az

İran irimiqyaslı kiberhücuma məruz qalıb

İran irimiqyaslı kiberhücuma məruz qalıb

14 Fevral 2020, 00:52

İran İslam Respublikası ölkə tarixində ilk dəfə  irimiqyaslı kiberhücuma məruz qalıb.

Modern.az  xəbər verir ki, bu haqda informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Həmid Fəttahi Tvitter səhifəsində məlumat yazıb.

Həmid Fəttahi bildirib ki, hücum internetin fəaliyyətində problem yaratmağa yönəlib: "Düşünürük ki, hücum muzdlu hakerlər tərəfindən həyata keçirilib. Hücum həm interneti sıradan çıxarmaq, həm də ölkə infrastrukturuna qarşı olub".

Nazirin müavini hücumun qarşısının alındığını da qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi