Arxiv
14 Fevral 2020, 18:08 | AKTUAL
Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunacaq - Sərəncam

Prezident İlham Əliyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamda deyilir:

 

"2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur. 

 

Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.

 

Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.

 

Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın görkəmli yazıçısı, dövlət və ictimai-siyasi xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyinin qeyd edilməsini təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qalmaqallı dairədə daha 2 məntəqənin nəticələri etibarsız sayıldı 25 Fevral 2020, 19:32 İlham Əliyev Ərdoğanın şərəfinə şam yeməyi verdi - FOTO 25 Fevral 2020, 19:23 Erkin Qədirlinin şikayəti təmin olunmadı 25 Fevral 2020, 19:20 MSK daha 10 məntəqədə seçkilərin nəticələrini ləğv edib 25 Fevral 2020, 19:14 Tərtərdə 30 yaşlı kişi dəm qazından zəhərləndi 25 Fevral 2020, 19:10 İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının VİDEOÇARXI 25 Fevral 2020, 19:03 Siyasilərin koronavirus məsləhəti: Digər xəstəliklər koronavirusdan çox adam öldürür - QORXMAYIN 25 Fevral 2020, 18:57 Cənubi Koreyada Xocalı üçün milli petisiyası yaradıldı 25 Fevral 2020, 18:42 İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib 25 Fevral 2020, 18:36 Azərbaycan və Türkiyə prezidentləri birgə mətbuat önünə çıxdı - FOTOLAR 25 Fevral 2020, 18:26 Azərbaycan-Türkiyə sənədləri imzalanıb 25 Fevral 2020, 18:16 MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək 25 Fevral 2020, 18:14 Goranboyda 70 yeni iş yeri açılacaq 25 Fevral 2020, 18:11 Güclü külək Bərdə və Tərtərdə fəsadlar törədib 25 Fevral 2020, 18:08 MSK-dan Fatma Yıldırımın dairəsi ilə bağlı QƏRAR 25 Fevral 2020, 18:04 Ağdamda mənzildən 28 min dollar oğurlayan şəxs saxlanıldı 25 Fevral 2020, 18:03 Musa Quliyevin dairəsində iki məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 18:02 Mehriban Əliyeva məşhur musiqiçinin müalicəsi ilə bağlı tapşırıq verdi  25 Fevral 2020, 17:59 Gəncədə küləyin sürəti 35 metrə çatıb 25 Fevral 2020, 17:54 Spirt və maska koronavirusun qarşısını alır? - Baş infeksionistdən AÇIQLAMA 25 Fevral 2020, 17:54 Nazirlik ağac kəsən şirkəti rekord məbləğdə CƏRİMƏLƏDİ 25 Fevral 2020, 17:42 Xocalıya həsr edilmiş mahnılar: Faiq Sücəddinov qarışdırdı, Xanım İsmayılqızı “yoxdur” dedi 25 Fevral 2020, 17:37 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 25 Fevral 2020, 17:33 Elşən Musayevin dairəsində də məntəqələrin nəticəsi ləğv edildi 25 Fevral 2020, 17:32 İlk Novruz hədiyyəniz Azercell-dən olsun! 25 Fevral 2020, 17:29 Tamam Cəfərovanın seçki dairəsi ilə bağlı qərar VERİLDİ 25 Fevral 2020, 17:27 MSK bu dairədə 9 məntəqənin nəticəsini etibarsız SAYDI 25 Fevral 2020, 17:21 İsa Qənbərin oğlunun şikayəti təmin olunmadı 25 Fevral 2020, 17:18 Qalib Salahzadənin oğlunun dairəsində məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 17:06 MSK Rüfət Quliyevin dairəsindən şikayətə baxdı 25 Fevral 2020, 17:00 Dillər Universitetində Xocalı soyqırımının qurbanları anılıb 25 Fevral 2020, 17:00 Sarkisyan məhkəmə qarşısına çıxır – FOTO 25 Fevral 2020, 16:56 Naftalan sakinlərinə daşınmaz əmlakın icbari siğorta şəhadətnamələri verildi 25 Fevral 2020, 16:54 MSK bu gün parlament seçkilərinin nəticələrini təsdiq EDƏCƏK 25 Fevral 2020, 16:44 Koronaviruas daha bir ölkədə TAPILDI 25 Fevral 2020, 16:42