Modern.az

Xırdalanda 61 yaşlı qadın itkin düşdü

Xırdalanda 61 yaşlı qadın itkin düşdü

Aktual

15 Fevral 2020, 20:19

Abşeron rayonunda 61 yaşlı qadın itkin düşüb.

Modern.az  "Report"a  istinadən  xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Mahmudova Nüşabə Hüseyn qızı fevralın 13-də səhər saat 9 radələrində "Quşçuluq" massivində yaşadığı evindən çıxıb və bir daha geri qayıtmayıb.


N.Mahmudovanın yaxınları "Report"a bildirib ki, evdən çıxarkən onun əynində qəhvəyi gödəkcə, başında şarf olub. "Onun heç bir xəstəliyi yoxdur, tamamilə sağlamdır", - deyə yaxınları bildiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır