Modern.az

İdlibdəki qarşıdurmada Rusiya amili - Prezident danışdı

İdlibdəki qarşıdurmada Rusiya amili - Prezident danışdı

Dünya

15 Fevral 2020, 21:53

"İdlibdəki qarşıdurmalar son vaxtlar ciddi şəkildə özünü göstərməyə başladı".

Modern.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti qeyd edib ki, bu gün yenə Hələbin qərbində Əsəd rejiminə məxsus helikopter vurulub:

“Bu, əlbəttə, rejimi narahat etdiyi kimi, Rusiyanı da narahat edir. Bundan başqa, yenə ciddi itki verdilər. Ancaq əsas məsələ budur ki, İdlibdən təxminən 1 milyon insan bu gün Türkiyə sərhədlərinə doğru irəliləyir. Bu günə kimi 3,5-4 milyon suriyalı qaçqını qəbul etmişik. Daha 1 milyon insanı qəbul etməyə imkanımız yoxdur. Bəs nə etməliyik? Biz dedik ki, Türkiyə sərhədindən 30-32 kilometr içəridə Suriya ilə sərhəd boyunca briket sığınacaqları tikək. Hazırda intensiv işlər gedir. Məsələni Almaniya kansleri Angela Merkellə də danışdım. Dedim ki, 25 milyon avro göndərsəniz, problemin bir hissəsini siz üstələnmiş olacaqsınız. Onsuz da böyük yük Türkiyənin üzərinə düşəcək. Hazırda Türkiyə Qızıl Aypara Cəmiyyətinin hesabına bu məbləğ ödənilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır