Modern.az

AFFA \"Neftçi\"ni cərimələdi

AFFA \

18 Fevral 2020, 12:55

AFFA İntizam Komitəsi "Neftçi" və "Sabah" klublarını cəzalandırıb.

 

Modern.az-ın məlumatına görə, paytaxt təmsilçilərini öz futbolçuları ziyana salıb. 

 

"Neftçi" "Keşlə" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XVII tur matçında 5 oyunçusunun sarı vərəqə alması səbəbindən 800 manat cəriməyə məruz qalıb. Eyni məbləğdə cəriməni "Sabah" "Sumqayıt"la qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması üzündən ödəməli olacaq.  

 

Qeyd edək ki, "Neftçi" evdə "Keşlə"ni 3:1, "Sabah" isə "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə yenib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi