Arxiv
19 Fevral 2020, 12:35 | AKTUAL
BMU-nun tələbəsi Almaniyanın Koblenz Universitetinə təcrübə keçəcək  

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün 2019/2020-cu tədris ili üzrə pedaqoji və istehsalat təcrübələrinin həyata keçirilməsinə başlanılıb.

 

Universitetdən Modern.az-a verilən məlumata görə, İqtisadiyyat və idarəetmə, Mühəndislik və Pedaqoji fakültəsinin Tərcümə və Psixologiya ixtisasları üzrə istehsalat təcrübəsinə göndərilən bakalavr tələbələrin ümumi sayı 516 nəfər, Pedaqoji təcrübəyə göndərilənlərin sayı isə 303 nəfər təşkil edir. Ümumilikdə 819 tələbə təcrübə proqramına cəlb olunub.

 

Tələbələr istehsalat təcrübəsini əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu, SOCAR, Bakı Şəhər İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti, Sumqayıt Texnologiya Parkı, Meksika səfirliyi, ABŞ səfirliyi, Azertexnolayn MMC, Avrora MMC, PAŞA Bank, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Azərsun Holding, Gilan Holding, North West Construction MMC, Dövlət Tərcümə Mərkəzi, Günay Sığorta ASC, Veysəloğlu Şirkətlər Qrupu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərsu ASC və Aztelekom MMC-də təcrübələrini keçəcəklər. 

 

Maliyyə ixtisasının bir tələbəsi isə Almaniyanın Koblenz Universitetinə təcrübəyə göndəriləcək.

 

Tələbələr Akademik Zərifə Əliyeva adına lisey, Avropa Azərbaycan məktəbi, Zirvə liseyi, İdrak liseyi, Azərbaycan Britaniya kolleci, Landau məktəbi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və Xırdalan şəhərində yerləşən orta məktəblərdə isə pedaqoji təcrübədə olacaqlar.

 

14 həftədən ibarət olacaq pedaqoji və istehsalat təcrübəsi 17 fevral tarixində başlayıb və 25 may 2020-ci il tarixində yekunlaşacaq. Tələbələrə universitetin təcrübəli müəllimlərindən rəhbərlər təyin olunub.

 

Bununla yanaşı, BMU-nun Beynəlxalq münasibətlər və diplomatiya, Kimya mühəndisliyi, Maşın mühəndisliyi, Beynəlxalq iqtisadi münasibətlər, Kompüter mühəndisliyi, İdarəetmədə informasiya sistemləri ixtisası üzrə II kursda təhsil alan 38 magistrant üçün yaz semestrində 17 fevral-13 mart tarixlərini əhatə edən  elmi-tədqiqat, 16 mart-10 aprel 2020-ci il tarixlərində isə elmi-pedaqoji təcrübələrin təşkil olunması nəzərdə tutulub. Magistr tələləbər təcrübələrini universitetin müvafiq kafedralarında və elmi-tədqiqat qurumlarında keçəcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tanınmış azərbaycanlı aparıcı koronavirusa YOLUXDU - FOTO 30 mart 2020, 10:46 “KORONAVİRUS”: jurnalist araşdırması nə GÖSTƏRDİ? 30 mart 2020, 10:43 Polis Şəkidə karantin qaydalarını pozan kafe aşkarladı - FOTO 30 mart 2020, 10:38 Koronavirus qurbanlarının sayı 34 mini keçdi 30 mart 2020, 10:32 Vüqar Həşimovun qardaşına vəzifə verildi   30 mart 2020, 10:26 Qardaşının qara kağızını alan, oğlunun vaxtsız ölümündən sarsılan XALQ ARTİSTİ - FOTOLAR 30 mart 2020, 10:20 İran 100 min məhkumu müvəqqəti evinə göndərdi 30 mart 2020, 10:05 Bakıda liftdə qalan şəxs xilas edilib 30 mart 2020, 09:58 Nazirlik xüsusi karantin rejimi dövründə işləyəcək obyektlərin adlarını açıqladı - SİYAHI 30 mart 2020, 09:52 65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü 30 mart 2020, 09:46 Konfederasiya sahibkarla bağlı təkliflərini hökumətə təqdim etdi 30 mart 2020, 09:42 Gəncədə karantin rejimini pozan gənclərin valideynlərinə XƏBƏRDARLIQ 30 mart 2020, 09:40 Dolların manata qarşı olan məzənnəsi AÇIQLANDI 30 mart 2020, 09:34 Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU 30 mart 2020, 09:28 Neft 20 dollara düşdü 30 mart 2020, 09:22 Lənkəran Şəhər İcra Hakimiyyəti: Yalan ayaq tutar yeriməz! 30 mart 2020, 09:16 Məktəblilərin şahmat üzrə onlayn yarışı keçirildi 30 mart 2020, 09:13 Koronavirusla bağlı SON STATİSTİKA  30 mart 2020, 09:10 Çində koronavirusa yoluxanların 93 faizi sağalıb 30 mart 2020, 09:04 Milli Məclis TOPLAŞIR 30 mart 2020, 08:58 Fransada 292 nəfər koronavirusdan öldü 30 mart 2020, 00:56 Gürcüstanda 91 nəfər koronavirusa yoluxub 30 mart 2020, 00:44 Azərbaycan futzalına ağır itki 30 mart 2020, 00:29 Bakıda restoran yandı 30 mart 2020, 00:14 Bu futbolçular maaşlarını əvvəlki kimi alacaq 29 mart 2020, 23:54 Qənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcək 29 mart 2020, 23:37 ABŞ-dan Çinə qarşı 20 trilyonluq bioloji silah ittihamı 29 mart 2020, 23:31 Bir gündə daha 756 italiyalı koronavirusdan öldü 29 mart 2020, 23:15 Koronavirus sürətlə yayılır - Yoluxanların sayı 700 mini ötdü 29 mart 2020, 22:50 Abituriyentlərə şad xəbər: Bu imtahanlar pulsuz oldu - SİYAHI 29 mart 2020, 22:37 İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir 29 mart 2020, 22:20 Fransada koronavirusa yoluxan azərbaycanlı sağalıb 29 mart 2020, 22:04 Sumqayıtda 20 ictimai köməkçi cəlb ediləcək 29 mart 2020, 21:47 Bakıda şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulmayıb - Vaqif Əsədov 29 mart 2020, 21:42 Üç avtobusun hərəkət sxemində dəyişiklik edilib 29 mart 2020, 21:29