Arxiv
19 Fevral 2020, 15:00 | DİASPOR
Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm”

Ukraynalı deputat Darya Volodina Ukrayna Ali Radasında “Qondarma erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsinin qəbul olunmasına çalışır.

Prezident Vladimir Zelenskinin başçılıq etdiyi “Xalqın qulluqçusu” (Sluqa naroda) partiyasının üzvü olan Volodina təşəbbüsünün parlamentin gündəliyinə salınmasına nail olub.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Xocalı soyqrımının 28-ci ildönümündə qondarma erməni soyqrımı layihəsinin qəbul olunma cəhdinə münasibət bildirib.

 

Hikmət Cavadov xatırlatma olaraq deyib ki, bu, Ukrayna parlamentinə təqdim olunan ilk təşəbbüs deyil:

 

“2013, 2015, 2019-cu illərdə də belə hal yaşanıb. Bu qondarma soyqırım layihəsinin qəbul olunması üçün Ermənistanın Ukraynadakı səfirliyi gecə-gündüz iş aparır. Bundan başqa, Ermənistanın Ukraynadakı diasporunun yaxın dostu olan Darya Volodinanın bu qanun layihəsinin qəbul olunması üçün təşəbbüs göstərməsi heç də təsadüf deyil. Çünki o, Ermənistanla sıx əlaqədədir.

 

Düzdü, bu qanun layihələri bu günə kimi qəbul olunmayıb. Bunun da səbəbləri arasında Ukrayna-Türkiyə, Ukrayna-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasıdır. Ona görə də bu qanun layihələri komitədə müzakirə olunsa da, heç zaman səsverməyə çıxarılmayıb. Ümidvaram ki, bu il də belə olacaq. Ukrayna parlamenti qondarma bir məsələyə baxmayacaq”.

 

Diaspor sədri qeyd edib ki, Ukrayna parlamenti belə bir addım atsa, bu, Ukrayna ilə Türkiyə, eləcə də Ukrayna ilə Azərbaycan arasında olan münasibətlərə öz mənfi təsirini göstərə bilər: “Hətta bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da  Ukraynada oldu. Türkiyənin Ukraynaya olan dostluq münasibəti Ali Radaya məlumdur. Ona görə də bu qondarma qanun layihəsinin səsverməyə çıxarılacağına inanmıram”.

 

H.Cavadov təəssüflə deyib ki, Ermənistanın diplomatik korpusu bu məsələ ilə bağlı ciddi iş aparsa da, Azərbaycanın Ukraynadakı səfiri tamamilə fərqli siyasət yürüdür:

“Bu adamın işi Ukraynada diaspor hərəkatının liderlərilə müharibə aparmaq, onlara qarşı düşmənçilik mövqeyindən çıxış edərək onlara qarşı çoxşaxəli qarayaxma kampaniyalarını təşkil etməkdir.

 

Xocalı soyqırımının tanıdılması ilə bağlı hansı işləri görürlər? Təəssüf ki, bu cür məsələlər Ukraynada ancaq Azərbaycanın diaspor xətti ilə inkişaf etdirilir. Düzdür, bu, bizim borcumudur. Amma, buradakı səfirimiz Azərbaycanın bütün maraqlarını kənara qoyub ancaq bizneslə məşğul olur, diplomatik fəliyyəti kənara qoyaraq hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan şirkətlər üçün torpaq sahəsi alınmasında “maklerlik” edir.

 

Ukraynanın hansı dövlət nümayəndəsi ilə görüşürüksə, səfir hər vəhclə bu münasibətləri korlamağa çalışır. Bu necə Azərbaycançılıqdı, necə Azərbaycana xidmət etməkdir?!!

 

Diplomatik imkanlarımızı Azərbaycana xidmətə, Qarabağın işğaldan azad edilməsinə sərf etməliyik, diaspor liderlərinin telefon danışıqlarına dinlətməyə deyil.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Azərbaycan həqiqətlərinin dünya ictimaiətinə çatdırılması yönümündə cənab Prezidentin apardığı dövlət siyasətini rəhbər tutaraq dünən Xocalı soyqrımının Ukrayna parlamentində tanınması və belə bir qanun layihəsinin müzakirəyə çıxarılması üçün parlamentinə müraciət etmişik. Bu məsələylə bağlı Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri ilə, həmçinin GUAM qrupun rəhbəri ilə şəxsən müzakirələr aparmışam. 

Hazırda Xocalı soyqrımının Ukrayna parlamentində tanınması üçün qanun layihəsinin hazırlanması yönümündə bəzi Azərbaycanı sevən deputatların imzalarını toplayırıq ki, qanun layihəsini hazırlayaq və parlamentə çıxaraq.

Biz belə işlər görərkən səfirin bizə qarşı qarayaxmalarını heç cür başa düşə bilmirəm. Mən hesab edirdim ki, Ukraynada Azərbaycan diasporuna qarşı ancaq ermənilər fəaliyyət apara bilər. Təəssüf ki, yanılmışam. Ermənistanın burdakı səfiri Ali Radanınn rəhbəri ilə görüşündə xahiş edir ki, erməni diasporunun üzvlərini qəbul etsin. Bizim səfir isə Azərbaycan diasporunu hədəf götürüb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi gözlənilir –  ÖZƏL 29 mart 2020, 19:04 Koronavirus dünya çempionunun karyerasına son qoydu 29 mart 2020, 19:02 “Bəzi universitetlər tələbələrlə bağlı özbaşına qərar çıxarıb” - ETİRAZ 29 mart 2020, 18:27 Dövlət Komitəsi Bərdədə arvadını öldürən ərin işini nəzarətə götürdü 29 mart 2020, 18:19 Koronavirusdan ölənlərin sayı 32 mini keçdi 29 mart 2020, 17:47 İspaniyada daha 546 şəxs virusdan öldü - Hökumət karantin rejimini sərtləşdirdi 29 mart 2020, 17:37 Azərbaycanda daha 27 şəxsdə koronavirus AŞKARLANDI 29 mart 2020, 17:22 Bakıda bəzi yeraltı keçidlərdə hərəkət məhdudlaşdırılıb 29 mart 2020, 17:15 Bibiheybət yolu bağlandı 29 mart 2020, 17:08 “Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı 29 mart 2020, 17:02 Generallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsində - FOTOLAR 29 mart 2020, 16:57 Köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur 29 mart 2020, 16:53 Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI 29 mart 2020, 16:40 Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq” 29 mart 2020, 16:34 Bakının havası təmizlənib 29 mart 2020, 16:21 Biz birlikdə qalib gələcəyik 29 mart 2020, 16:18 Elə bilin ki, həbsdəyik, dözməliyik  – HAFİZ HACIYEVLƏ  #evdəqal SÖHBƏTİ 29 mart 2020, 16:01 “Azərsu” 8600 əməkdaşını məzuniyyətə GÖNDƏRDİ 29 mart 2020, 15:57 Yasamal İH-nin təşəbbüsü ilə #evdəqal videosu hazırlanıb 29 mart 2020, 15:52 İmmun sisteminizi gücləndirmək üçün bu həbləri için - Professordan MƏSLƏHƏT 29 mart 2020, 15:46 Nazirlik prokurorluğa müraciət etdi 29 mart 2020, 15:45 Bu imtahanlar da təxirə salındı 29 mart 2020, 15:35 “Koronavirus haqqında” Qanuna ehtiyac yoxdur – Komitə sədri 29 mart 2020, 15:32 Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir - FOTO 29 mart 2020, 15:27 Bakıda 25 yaşlı gənci maşınla vuraraq öldürən sürücü SAXLANILDI 29 mart 2020, 15:21 Birinci ledi virusa qalib gəldi 29 mart 2020, 15:18 WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur 29 mart 2020, 15:18 Koronavirus 11 aylıq körpəni öldürdü 29 mart 2020, 15:12 Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu 29 mart 2020, 15:09 Qızıl Aypara Cəmiyyətindən koronaviriusla bağlı nümunəvi ADDIM 29 mart 2020, 15:05 Prezident Şəfiqə Məmmədovaya orden verdi 29 mart 2020, 15:00 Naxçıvanda koronavirus  yoxdur - Rəsmi AÇIQLAMA 29 mart 2020, 14:53 Evdə bu əşyaları daha çox  təmiz saxlayın 29 mart 2020, 14:46 Koronavirusdan ölənlərin sayı 31 mini ötdü 29 mart 2020, 14:39 Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi 29 mart 2020, 14:32