Arxiv
20 Fevral 2020, 17:48 | AKTUAL
Universitetdə karyera sərgisi təşkil olunub - Fotolar

Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə növbəti dəfə tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub.

 

Modern.az məlumatına görə, sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr eləcə də universitetimizlə uğurlu əməkdaşlıq edən ölkənin qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər.

 

Tələbələrinin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də köməklik göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 90-dan çox dövlət qurumu, özəl şirkətlər, müəssisələr  tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 100-dən çox iş yerləri təklif edib. Budəfəki karyera sərgisinin əsas ideyası təkcə iş imkanlarını gənc peşəkarlarla paylaşmaq deyil, həm də onların iş adamları (şirkət nümayəndələri) ilə ünsiyyət saxlaması və iş həyatında möhkəm addımlarla irəliləmələri üçün önəmli bir təşəbbüs olub.

 

Sərgidə ölkənin aparıcı şirkətlərindən Azərbaycan Dövlət Neft Şirkəti, BP Azərbaycan, Kapital Bank, Beynəlxalq Bank, Paşa İnşaat, North West Construction MMC, PMD Projects, Akkord STİK, Holcim Azərbaycan, İmprotex İndustries MMC, Embawood MMC eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.

 

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisini açıq elan edərək sərginin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub. AzMİU-da artıq ikinci  dəfə keçirilən  sərginin tələbə və məzunlarımıza karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcəyini vurğulayıb. Daha sonra Gülçöhrə Məmmədova sərgidə nümayiş olunan stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, vakansiyalarla maraqlanıb. 

 

1500-dən  çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin gedişində iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər. Şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər.

 



 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Komitə Lerikdə 59 yaşlı müəllimindən hamilə qalan məktəbli barədə məlumat yaydı 7 Aprel 2020, 21:47 Baş Nazir işsizlərə veriləcək birdəfəlik ödəmənin ŞƏRTLƏRİNİ TƏSDiQLƏDİ 7 Aprel 2020, 21:31 İşsizlikdən sığorta ödənişi xüsusi karantin rejimi bitənədək ödəniləcək - RƏSMİ 7 Aprel 2020, 21:27 Əli Əsədovdan əlilliyi olan şəxslərlə bağlı VACİB QƏRAR 7 Aprel 2020, 21:17 İtaliyada 17 127 nəfər koronavirusdan öldü 7 Aprel 2020, 21:03 Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatdı 7 Aprel 2020, 20:52 Norveç Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır 7 Aprel 2020, 20:33 Şəxsiyyət vəsiqəsinin vaxtı keçən işsizlərə XƏBƏRDARLIQ 7 Aprel 2020, 20:16 Prezident koronavirusa yoluxanları şəxsən müalicə edəcək 7 Aprel 2020, 20:03 Bu ölkədə koronavirusdan bir gündə 403 nəfər öldü 7 Aprel 2020, 19:59 Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər 7 Aprel 2020, 19:52 Nazirlik “Virtual məktəb”ə qoşulan şagirdlərin sayını açıqladı 7 Aprel 2020, 19:35 Dövlət Komitəsi Gəncədə yandırılan qadını nəzarətə götürdü 7 Aprel 2020, 19:28 Komitə müəllimindən hamilə qalan şagird barədə açıqlama YAYDI 7 Aprel 2020, 19:23 Dünyanın ən varlı adamının adı AÇIQLANDI 7 Aprel 2020, 19:18 Siyavuş Novruzov: “Əfv sərəncamı Prezidentin vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir” 7 Aprel 2020, 19:00 Güclü külək Goranboyda fəlakət yaratdı - FOTO 7 Aprel 2020, 18:56 Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk! 7 Aprel 2020, 18:55 İqtisadiyyat Nazirliyindən maska istehsalı ilə bağlı AÇIQLAMA 7 Aprel 2020, 18:42 Nazirlik fərdi sahibkarlar üçün DSMF-yə ödəmələri yüngülləşdirə bilər 7 Aprel 2020, 18:41 Əfv olunan şəxslər istirahət mərkəzinə yerləşdirildi- RƏSMİ 7 Aprel 2020, 18:34 Azərenerjidən “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!” videoçarxı 7 Aprel 2020, 18:29 “Nar” şəbəkəsi ölkəni fasiləsiz internetlə təmin edir 7 Aprel 2020, 18:19 Nazir: Birdəfəlik ödəmə üçün müraciət edənlərin 60 faizi haqqı olmayanlardı 7 Aprel 2020, 18:13 İstanbulda yaşayış binasında PARTLAYIŞ 7 Aprel 2020, 18:09 İşsizlikdən sığorta mexanizminin sadələşdirilməsi nəzərdə tutulur - Sahil Babayev 7 Aprel 2020, 18:00 Uşaqlar üçün koronavirus təhlükəsi barədə nağıl - FOTOLAR 7 Aprel 2020, 17:56 İşsiz statusu alanlara birdəfəlik ödəmələr bu tarixdən veriləcək 7 Aprel 2020, 17:50 Koronavirusa görə 6 xəstəxana quraşdırılacaq - SƏRƏNCAM 7 Aprel 2020, 17:44 Koronavirus bu ölkənin mövcudluğuna təhlükədir 7 Aprel 2020, 17:40 İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb 7 Aprel 2020, 17:34 İTV-nin Aprel döyüşləri haqqında sifariş etdiyi film efirə verilmədi - SƏBƏB 7 Aprel 2020, 17:27 Dolların sabaha olan məzənnəsi 7 Aprel 2020, 17:20 Dünya zənginlərinin yeni siyahısı AÇIQLANDI 7 Aprel 2020, 17:14 “8103”dən gələn SMS-ləri dəyişdirən şəxs həbs edilib 7 Aprel 2020, 17:07