Arxiv
20 Fevral 2020, 18:56 | AKTUAL
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi oldu.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni mübadilə etdilər.

 

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın İqtisadi İnkişaf naziri Stefano Patuanelli mübadilə etdilər.

 

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeskini mübadilə etdilər.

 

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeskini mübadilə etdilər.

 

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin birinci müavini Emanuela Del Re mübadilə etdilər.

 

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İtaliya Respublikasının Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı nazirinin müavini Giuseppe L'Abbate mübadilə etdilər.

 

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə etdilər.

 

“Azərbaycan Milli Olimpiya Komitəsi ilə İtaliya Milli Olimpiya Komitəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Giovanni Malaqo mübadilə etdilər.

 

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə İtaliya Aerokosmik Agentliyi arasında sülh məqsədilə kosmos fəaliyyətləri sahəsində Anlaşma Memorandumu”nu “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev və İtaliya Aerokosmik Agentliyinin prezidenti Giorgio Sakkoçça mübadilə etdilər.

 

“Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə CDP, SACE, “Simest” şirkətləri arasında Anlaşma Memorandumu”nu “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin baş icraçı direktoru Allahverdi Paşayev və CDP şirkətinin baş icraçı direktoru Fabrizio Palermo, SACE şirkətinin baş icraçı direktoru Pierfrançesko Latini, "Simest" şirkətinin baş icraçı direktoru Mauro Alfonso mübadilə etdilər.

 

“Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliya Ticarət Agentliyi (ICE) arasında Anlaşma Memorandumu”nu AZPROMO-nun prezidenti Yusif Abdullayev və ICE-nin prezidenti Maria Ferro mübadilə etdilər.

 

“SOCAR ilə SNAM arasında əməkdaşlıq sazişi”ni SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “SNAM S.p.A”nın baş icraçı direktoru Marko Alvera mübadilə etdilər.

 

“AZPROMO ilə “Simest” arasında Tərəfdaşlıq Sazişi”ni AZPROMO-nun prezidenti Yusif Abdullayev və “SIMEST S.p.A”nın prezidenti Pasquale Salzano mübadilə etdilər.

 

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Ansaldo Energia” arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və “Ansaldo Energia”nın baş icraçı direktoru Cüzeppe Zampini mübadilə etdilər.

 

“Azərenerji” ASC ilə “Ansaldo Energia” arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və “Ansaldo Energia”nın baş icraçı direktoru Cüzeppe Zampini mübadilə etdilər.

 

“Azərbaycan Dəmir Yolları” QSC ilə “I.M.A. Project Financing S.R.L.” şirkəti arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlıqlarının satınalınması barədə müqavilə"ni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “I.M.A. Project Financing” şirkətinin baş icraçı direktoru Rikkardo Paoncelli mübadilə etdilər.

 

“ADA Universiteti ilə Luiss Universiteti arasında Anlaşma Memorandumu”nu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Luiss Universitetinin vitse-prezidenti Paola Severino mübadilə etdilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik “Virtual məktəb”ə qoşulan şagirdlərin sayını açıqladı 7 Aprel 2020, 19:35 Dövlət Komitəsi Gəncədə yandırılan qadını nəzarətə götürdü 7 Aprel 2020, 19:28 Komitə müəllimindən hamilə qalan şagird barədə açıqlama YAYDI 7 Aprel 2020, 19:23 Dünyanın ən varlı adamının adı AÇIQLANDI 7 Aprel 2020, 19:18 Siyavuş Novruzov: “Əfv sərəncamı Prezidentin vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir” 7 Aprel 2020, 19:00 Güclü külək Goranboyda fəlakət yaratdı - FOTO 7 Aprel 2020, 18:56 Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk! 7 Aprel 2020, 18:55 İqtisadiyyat Nazirliyindən maska istehsalı ilə bağlı AÇIQLAMA 7 Aprel 2020, 18:42 Nazirlik fərdi sahibkarlar üçün DSMF-yə ödəmələri yüngülləşdirə bilər 7 Aprel 2020, 18:41 Əfv olunan şəxslər istirahət mərkəzinə yerləşdirildi- RƏSMİ 7 Aprel 2020, 18:34 Azərenerjidən “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!” videoçarxı 7 Aprel 2020, 18:29 “Nar” şəbəkəsi ölkəni fasiləsiz internetlə təmin edir 7 Aprel 2020, 18:19 Nazir: Birdəfəlik ödəmə üçün müraciət edənlərin 60 faizi haqqı olmayanlardı 7 Aprel 2020, 18:13 İstanbulda yaşayış binasında PARTLAYIŞ 7 Aprel 2020, 18:09 İşsizlikdən sığorta mexanizminin sadələşdirilməsi nəzərdə tutulur - Sahil Babayev 7 Aprel 2020, 18:00 Uşaqlar üçün koronavirus təhlükəsi barədə nağıl - FOTOLAR 7 Aprel 2020, 17:56 İşsiz statusu alanlara birdəfəlik ödəmələr bu tarixdən veriləcək 7 Aprel 2020, 17:50 Koronavirusa görə 6 xəstəxana quraşdırılacaq - SƏRƏNCAM 7 Aprel 2020, 17:44 Koronavirus bu ölkənin mövcudluğuna təhlükədir 7 Aprel 2020, 17:40 İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb 7 Aprel 2020, 17:34 İTV-nin Aprel döyüşləri haqqında sifariş etdiyi film efirə verilmədi - SƏBƏB 7 Aprel 2020, 17:27 Dolların sabaha olan məzənnəsi 7 Aprel 2020, 17:20 Dünya zənginlərinin yeni siyahısı AÇIQLANDI 7 Aprel 2020, 17:14 “8103”dən gələn SMS-ləri dəyişdirən şəxs həbs edilib 7 Aprel 2020, 17:07 Deputat: “Karantin tədbirləri bir neçə sahənin xüsusi inkişafını zəruri etdi” 7 Aprel 2020, 17:00 Heyvanların koronavirusa yoluxması təhlükəli vəziyyət yaratdı - “Bunu insana rahatlıqla ötürə bilərlər” 7 Aprel 2020, 16:55 Postmodern DURUM   7 Aprel 2020, 16:43 Pensiya və bütün sosial ödənişlər vaxtından əvvəl veriləcək 7 Aprel 2020, 16:36 İcazəsiz quş ovlayan şəxs cəzalanıb 7 Aprel 2020, 16:30 Pərvin Kərimzadə: “34-cü əfv aktı dövlətin humanist siyasətinin daha bir göstəricisidir” 7 Aprel 2020, 16:23 Nazirlik yardımla bağlı müraciəti sadələşdirdi 7 Aprel 2020, 16:21 Azərbaycan mətbuatı yaltaqlardan, qorxaqlardan xilas olmalıdır – BAŞ REDAKTOR 7 Aprel 2020, 16:15 Azərbaycanda koronavirusa yoluxanların sayı 717-yə çatdı - daha 1 nəfər öldü 7 Aprel 2020, 16:11 “Əfv Sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır” - Vitse-spiker 7 Aprel 2020, 16:05 Şəhidin xanımı koronavirusla mübarizəyə dəstək oldu 7 Aprel 2020, 15:58