Modern.az

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB

20 Fevral 2020, 23:21

Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın söndürülüb.

Modern.az  xəbər verir ki, hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.



***



Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən  Modern.az-a  verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi