Modern.az

Azərbaycanda ekoloji problemlərlə əlaqədar yeni QHT yaradıldı

Azərbaycanda ekoloji problemlərlə əlaqədar yeni QHT yaradıldı

21 Fevral 2020, 13:43

“Yaşıl dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi Ədliyyə Nazirliyinin  Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

  

Bu barədə Modern.az-a ictimai birliyin sədri, jurnalist Elman Cəfərli məlumat verib. O, qeyd edib ki, QHT haqqında ideya 2019-cu ilin martında yaranıb:

 

“Bir qrup təbiətsevərlə birlikdə qərara aldıq ki, ətraf mühitin qorunmasını təbliğ edən qeyri-hökumət təşkilatı yaradaq. Təşkilatı yaratdıq, bir sıra tədbirlər həyata keçirdik, yaşıllaşdırma aksiyaları təşkil etdik, insanlarla maarifləndirici söhbətlər apardıq.

 

 

Birliyin məqsədi ölkədə, paytaxt Bakı şəhərində ekoloji problemləri öyrənmək, müvafiq təkliflər hazırlamaqdır. Məqsədimizə çatmaq üçün ekoloji problemlərin həlli sahəsində xarici ölkələrin müsbət təcrübəsini öyrənəcək, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifıər verəcəyik. Bundan başqa aktual ekoloji problemlərlə bağlı ictimai müzakirələr təşkil etmək, bu sahədə araşdırmalar aparmaq niyyətindəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar