Modern.az

MSK-nın iclası başladı

MSK-nın iclası başladı

Aktual

21 Fevral 2020, 16:12

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

 

Modern.az xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

 
 

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

 

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

 

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

 

33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov

35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər