Arxiv
21 Fevral 2020, 21:45 | AKTUAL
"Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham Əliyev

"Bizim əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir".

Modern.az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib:

"Mən çox şadam ki, İtaliyaya dövlət səfərim çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirilir. Əminəm ki, forum çox məhsuldar olacaq və forumun işi nəticəsində iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr yeni pilləyə qalxacaqdır. Mən buna əminəm. Bunu deməyə əsas verən bir çox amillər var. Bildiyiniz kimi, bu gün mənim İtaliyaya dövlət səfərimin sonuncu günüdür. Prezident Mattarellanın dəvəti ilə mən gözəl ölkənizdə dövlət səfərindəyəm və bu, münasibətlərimizin çox yüksək səviyyədə olmasının təzahürüdür. 2018-ci ildə Prezident Mattarella Azərbaycanda rəsmi səfərdə idi və deyə bilərəm ki, o səfərdən sonra iki dövlət arasındakı əlaqələrə çox güclü təkan verilmişdir. Dünən və bu gün 25-dən çox sənədin imzalanması bunun əyani sübutudur. Çünki yalnız bir-birinə çox yaxın olan ölkələr arasında bu qədər sənədlərin imzalanması mümkündür. Bu sənədlər bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, energetika, kosmik sənaye, hərbi sənaye və digər sahələri əhatə edən bu sənədlər gələcək əməkdaşlığımız üçün gözəl baza yaradır. Bu sənədlərin arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir və əslində, bizim gələcək ikitərəfli əməkdaşlığımızın əsas prioritetlərini müəyyən edən bir sənəddir. Bu sənəddə çox önəmli müddəalar var. Bu müddəalar onu göstərir ki, bizim əlaqələrimiz hətta müttəfiqlik əlaqələrinə yaxındır. Çünki oradakı maddələrdən birində göstərilir ki, biz beynəlxalq təşkilatlarda maraqlarımızı nəzərə alaraq bir-birimizi dəstəkləyəcəyik.

O ki qaldı, iqtisadi sahəyə, cənab nazirin dediyi kimi, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ancaq biz onu bilməliyik ki, bu, ilk növbədə, Azərbaycandan İtaliyaya xam neftin ixrac edilməsinə görə mümkün olmuşdur. Bizim əsas vəzifəmiz ticarət əlaqələrimizin şaxələndirilməsidir. Neft-qaz sektorundan başqa layihələrin həyata keçirilməsi, hesab edirəm ki, belə imkanlar yaradacaqdır.

Azərbaycan uzun illərdir ki, İtaliyanı xam neftlə təchiz edir. Azərbaycandan gələn xam neft İtaliyanın istehlakının 18 faizini təşkil edir və Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər. TAP layihəsi başa çatmaq üzrədir. Layihənin icrası 92 faiz təşkil edir və bildiyiniz kimi, TAP Cənub Qaz Dəhlizinin 4-cü seqmentidir. Bu günə qədər digər 3 seqmentdə işlər tamamilə başa çatıb. Əminəm ki, bu ilin sonunda biz layihənin tam istismara verilməsini qeyd edəcəyik. Dünən Nazirlər Şurasının Sədri cənab Konte ilə görüş zamanı mən onu Azərbaycanda keçiriləcək təntənəli rəsmi mərasimə dəvət etdim. O da bu dəvəti qəbul etdi.

Azərbaycan və İtaliya Cənub Qaz Dəhlizinin iki məntəqəsində yerləşir. Bizim aramızda daha 5 ölkə var. Bu nadir infrastruktur layihəsinə həm texniki, həm maliyyə, eyni zamanda, beynəlxalq əməkdaşlıq baxımından doğrudan da analoq tapmaq çox çətindir. Yeddi ölkəni birləşdirən, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilən və bir çox qabaqcıl şirkətlərin iştirakı ilə reallaşan bu layihə İtaliya-Azərbaycan dostluğunun təzahürüdür. Biz bu layihəni yalnız dostluq şəraitində icra edə bilmişik. Demək olar ki, biz layihənin artıq son mərhələsindəyik.

Eyni zamanda, indi bizim əsas vəzifəmiz TAP-dan sonrakı iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. Dünən mən işçi nahar əsnasında İtaliyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşmüşəm. Onların bir çoxu Azərbaycanda artıq uzun illərdir ki, fəaliyyət göstərirlər, bir çoxları isə fəaliyyətə başlamaq istəyirlər. Biz də bunu istəyirik və imzalanmış kontraktlar cənab nazirin qeyd etdiyi kimi, milyardlarla avro həcmindədir. Əminəm ki, gələcək əməkdaşlıq daha da genişmiqyaslı olacaq. Çünki strateji tərəfdaşlar kimi biz ticarət və biznes sahələrində də bir-birimizi dəstəkləməliyik.

Hesab edirəm ki, gələcək əməkdaşlıq üçün bir çox sahələr seçilə bilər. Əslində, bu sahələr dünən və bu gün imzalanmış və imzalanacaq sazişlərdə öz əksini tapıb. Mən nəqliyyat sahəsini xüsusilə qeyd etmək istərdim. Azərbaycan öz ərazisində nəqliyyat infrastrukturunu tamamilə yeniləşdirib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında nəqliyyat infrastrukturu baxımından Azərbaycan dünyada 34-cü yerdədir. Dəmir yollarının səmərəliliyinə görə 12-ci, hava yollarının səmərəliliyinə görə isə 11-ci yerdədir. Azərbaycan - açıq dənizlərə çıxışı olmayan ölkə artıq beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycanın ərazisindən keçir. Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra mümkün olmuşdur. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycanın ərazisindən keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki önəmli nəqliyyat dəhlizinin iştirakçısıdır və bu dəhlizlər, əslində, genişmiqyaslı beynəlxalq əməkdaşlığa da yol açıb. Hazırda biz Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri ilə bağlı işlərlə məşğuluq. Yüklər artıq bu dəhlizlər üzərindən dünya bazarlarına çıxarılır. Dünən imzalanmış memorandumun birində Azərbaycan Dəmir Yolları ilə İtaliyanın müvafiq qurumları arasında məsələ öz həllini tapıbdır. Biz İtaliyadan dəmir yolu texnikası alacağıq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusdan ölənlərin sayı 42 min oldu  - SON STATİSTİKA 1 Aprel 2020, 01:44 Bakılı yazıçı Moskvada vəfat etdi 1 Aprel 2020, 01:01 "Dağlıq Qarabağdakı qondarma "seçkilər"i tanımırıq" - Gürcüstan XİN 1 Aprel 2020, 00:41 ABŞ-da 3415 nəfər koronavirusun qurbanı olub 1 Aprel 2020, 00:24 “Çətin günlər keçəcək, bu söhbətimizi təbəssümlə xatırlayacağıq” - CƏSARƏT VALEHOVLA #evdəqal SÖHBƏTİ 1 Aprel 2020, 00:10 İtaliya Dağlıq Qarabağdakı qondarma "seçkilər"i tanımır 31 mart 2020, 23:49 Daxili İşlər Nazirliyindən jurnalistlərlə bağlı addım 31 mart 2020, 23:33 “Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır” - Vitse-spiker 31 mart 2020, 23:18 BMT-nin 9 əməkdaşı koronavirusa yoluxdu 31 mart 2020, 23:01 Gəncədə gənc oğlan bıçaqlandı 31 mart 2020, 22:45 Fransada 52 128 koronavirus xəstəsi var 31 mart 2020, 22:32 Konstitusiya Məhkəməsinin sabiq hakimi vəfat etdi 31 mart 2020, 22:19 Koronavirusdan ölənlərin sayı 40 672 nəfərə çatdı 31 mart 2020, 22:06 Gürcüstanda komendant saatının tətbiqinə başlanıldı 31 mart 2020, 21:55 Tramp Ərdoğanla koronavurusla mübarizədən danışdı 31 mart 2020, 21:41 Azərbaycanlı jurnalist Almaniyada koronavirusa yoluxdu 31 mart 2020, 21:29 Türkiyədə daha 46 nəfər koronavirusdan öldü 31 mart 2020, 21:14 İtaliyada koronavirusdan ölənlərin sayı 12 428-ə çatdı 31 mart 2020, 20:49 Bakı Media Mərkəzindən İtaliyaya dəstək VİDEOSU 31 mart 2020, 20:36 Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladıldı 31 mart 2020, 20:29 “Kəndçilik” boyuna biçilən ADAM 31 mart 2020, 20:26 Yetkinlik yaşına çatmayanlara enerji içkisi satanlar cərimələnəcək 31 mart 2020, 20:13 “QHT-lərin ümumrespublika onlayn konfransı keçiriləcək” – Azay Quliyev açıqladı 31 mart 2020, 20:02 Bu şəhərdə insanlar evlərinə çəkildi, küçələrdə keçilər “ağalıq” edir 31 mart 2020, 19:51 Aztəminatlı ailələrə dövlət tərəfindən yaşayış sahələri verilə bilər - TƏKLİF 31 mart 2020, 19:43 Həmsədrlər Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımır - BƏYANAT 31 mart 2020, 19:35 Qusarda ölümlə nəticələnən yol qəzası olub 31 mart 2020, 19:31 Ukrayna Qarabağda keçirilən qondarma “seçkiləri” pisləyib 31 mart 2020, 19:26 Bəzi qatarların hərəkət cədvəli dəyişir 31 mart 2020, 19:15 Milli Məclisin komitəsi onlayn iclas keçirdi 31 mart 2020, 19:11 İtaliyada koronavirusdan sağalanların sayı artır, ölənlər azalır 31 mart 2020, 19:03 İqtisadiyyat Nazirliyi koronavirusla mübarizə üçün 1,2 milyon manat ayırdı 31 mart 2020, 19:00 Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıb 31 mart 2020, 18:56 Nəqliyyat Agentliyi: Bütün ekspres avtobusların iş qrafiki dəyişdirilir 31 mart 2020, 18:52 Deputatların adlarının koronovirusla mübarizəyə vəsait ayıranlar arasında olmamasına aydınlıq gətirildi   31 mart 2020, 18:50