Arxiv
22 Fevral 2020, 21:07 | AKTUAL
"Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev

22 fevral 2020-сu il tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycan Gənclik Platforması və Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Elmi Cəmiyyətinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə "Azərbaycanda könüllülük hərəkatının inkişaf mərhələləri və gələcək perspektivlər" mövzusunda maarifləndirici seminar təşkil olunub.

 

Modern.az xəbər ki, tədbiri ev sahibi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev açıb. O, ölkənin dayanıqlı inkişafında gəncliyin potensialının rolu və könüllülüyün mahiyyətinə toxunaraq, Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin "Könüllülər İli" elan olunmasını gənclərin fərdi inkişafına təkan verən mühüm addım kimi qiymətləndirib. 

 

U.Mirzəyev erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən deportasiya siyasəti və Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozaraq Dağlıq Qarabağ və ətraf rayonların işğalını davam etdirməsi nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün doğma torpaqlarına qayıda bilməməsindən söz açıb. BAMF prezidenti tədbirin əhəmiyyətini vurğulayıb və bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacib olduğunu bildirib.

Tədbirin təşkilatçılarından biri olan Fariz Vəliyev konfransın əsas məqsədinin layihənin həyata keçirilməsində gənclər arasında könüllülük fəaliyyətinin təşviqinin artırılması, ölkədə inkişaf edən könüllülər hərəkatına dəstək olmaq və könüllülük fəaliyyətini gənclərin yaşam tərzi kimi formalaşdırmaqdan ibarət olduğunu bildirib.

Seminarda çıxış edən Suraxanı Gənclər Evinin nümayəndəsi Kamil Yaqubov, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin uğurla davam etdirildiyini, həmçinin, Respublikamızda könüllülük fəaliyyətinin geniş vüsət aldığını, yeni dövrə qədəm qoyduğunu bildirərək, Cənab Prezident İlham Əliyevin çıxışlarında hər zaman gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkdiyini, Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyi olduğunu söyləyib.

 

Seminarda çıxış edən UNEC Tələbə Elmi Cəmiyyətinin sədri Amal Veysəlov Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli şəkildə faydalanmaq məqsədlərini də özündə ehtiva etdiyini qeyd edib.

 

Tədbirdə, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, Suraxanı Gənclər Evi və media nümayəndələri iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda saxta icazə arayışı hazırlayan şəxs tutuldu 6 Aprel 2020, 15:44 Azərbaycanda daha 57 şəxsdə koronavirus aşkarlandı, 12 nəfər sağaldı 6 Aprel 2020, 15:32 "Dərs vaxtı"nın 7 aprel cədvəli 6 Aprel 2020, 15:24 Bu ölkədə pandemiya qurbanlarının sayı 13 mini ötdü 6 Aprel 2020, 15:22 Bir uşağın koronavirusa yoluxması nənə-babasının ölümünə SƏBƏB ola bilər 6 Aprel 2020, 15:16 Gənclər “Tələbə baharı”na dəvət olunur 6 Aprel 2020, 15:11 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan olundu 6 Aprel 2020, 15:03 Prezidentlərin oxuduğu azərbaycanlı YAZIÇI 6 Aprel 2020, 15:03 Həcc ziyarəti ləğv olunmaya bilər 6 Aprel 2020, 15:01 Bakıda keçiriləcək beynəlxalq sərgilərin vaxtı dəyişdirildi 6 Aprel 2020, 14:59 Qənirə Paşayeva 500 veterana tibbi-qoruyucu vasitə göndərdi 6 Aprel 2020, 14:52 Azərbaycanda hərbi çağırışçılara MÜRACİƏT 6 Aprel 2020, 14:43 COVİD-19-dan ölənlərin sayı 70 mini keçdi 6 Aprel 2020, 14:29 Neftin taleyi cümə axşamı HƏLL OLUNACAQ: ya havayı olacaq, ya da... - ŞƏRH 6 Aprel 2020, 14:27 Prezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDA 6 Aprel 2020, 14:12 ABŞ-ın baş infeksionistindən bədbin proqnoz: “Koronavirusu tam məhv etmək mümkün olmayacaq” 6 Aprel 2020, 14:01 Bəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanır 6 Aprel 2020, 13:55 Neftlə bağlı Moskva və Ər-Riyadın razılaşmadığı əsas MƏQAM 6 Aprel 2020, 13:44 Milli Məclisin iki deputatı TƏBİB-in çağırışına qoşuldu: Könüllü olmağa hazırıq 6 Aprel 2020, 13:40 Sabahın HAVA PROQNOZU - güclü külək, yağış... 6 Aprel 2020, 13:27 Koronavirus nə zaman bitəcək? – Ekspertlərdən fərqli PROQNOZLAR 6 Aprel 2020, 13:19 Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirdi 6 Aprel 2020, 13:17 Ermənistanda qadın minaya düşdü 6 Aprel 2020, 13:13 Gürcüstanda COVİD-19-a yoluxanların sayı artdı 6 Aprel 2020, 13:05 Dövlət Neft Fondu proqnozları AÇIQLADI 6 Aprel 2020, 12:53 İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur? 6 Aprel 2020, 12:49 Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb 6 Aprel 2020, 12:46 Cəbhədə düşmən təxribatı: 1 erməni hərbçi yaralandı 6 Aprel 2020, 12:44 Rüstəm Xəlilov Hacıqabulda monitorinq apardı  - FOTO 6 Aprel 2020, 12:29 Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək? 6 Aprel 2020, 12:20 Azərbaycan nefti 20 faizədək bahalaşdı 6 Aprel 2020, 12:20 Hökumətin hesabatına əlavələr edildi 6 Aprel 2020, 12:15 Bir sutkada karantin rejimi pozanlardan 380.000 manat cərimə TOPLANDI 6 Aprel 2020, 12:10 Taksi sürücülərinə ŞAD XƏBƏR 6 Aprel 2020, 12:01 Ermənistanda virusdan ölənlərin sayı 8-ə çatdı 6 Aprel 2020, 11:57