Arxiv
23 Fevral 2020, 00:06 | AKTUAL
Azərbaycana 60 min kiloqram qurban əti göndərildi  

Əvvəlki illərdə olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığı “Qurban əti istifadəsi” layihəsi çərçivəsində Azərbaycana Həcc mövsümündə qurban kəsilmiş 5 min xırdabuynuzlu heyvan cəmdəyindən (60 min kq) ibarət yardım göndərib.

 

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən  Modern.az-a  verilən məlumata görə, İslam İnkişaf Bankının xətti ilə çatdırılan bu yardım Biləsuvar, Cəbrayıl və Beyləqan rayonları ərazisində məskunlaşmış məcburi köçkünlərə paylanılması üçün fevralın 22-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilib.



Bu cür layihələr Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində yaşayan qaçqın və ehtiyacı olan insanlara təmənnasız yardımı çərçivəsində həyata keçirilir. Krallıq dünyanın ən böyük donor ölkələrindən və beynəlxalq inkişafın əsas tərəfdaşlarından biri hesab olunur. Belə ki, BMT-nin Maliyyə İzləmə Xidmətinin keçən ay yaydığı hesabata görə, humanitar yardım göstərmək sahəsində Səudiyyə Ərəbistanı Krallığı ərəb ölkələri arasında birinci, dünyada isə beşinci yerdədir. Krallığın göstərdiyi yardımların məbləği 1 milyard 281 milyon ABŞ dolları təşkil edib ki, bu da dünya üzrə humanitar yardımlara ödənilən ümumi vəsaitlərin 5,5 faiz nisbətindədir. Ümumiyyətlə, Krallıq dünya üzrə humanitar xidmət sahəsində böyük təcrübəyə və keçmişə malikdir. Məhz buna görədir ki, ona “Humanizm Krallığı” adı verilib. Onun adı həmişə xeyrə, sülhə, səxavət və humanizmə səsləyən işlərlə yanaşı çəkilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Nazir işsizlərə veriləcək birdəfəlik ödəmənin ŞƏRTLƏRİNİ TƏSDiQLƏDİ 7 Aprel 2020, 21:31 İşsizlikdən sığorta ödənişi xüsusi karantin rejimi bitənədək ödəniləcək - RƏSMİ 7 Aprel 2020, 21:27 Əli Əsədovdan əlilliyi olan şəxslərlə bağlı VACİB QƏRAR 7 Aprel 2020, 21:17 İtaliyada 17 127 nəfər koronavirusdan öldü 7 Aprel 2020, 21:03 Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatdı 7 Aprel 2020, 20:52 Norveç Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır 7 Aprel 2020, 20:33 Şəxsiyyət vəsiqəsinin vaxtı keçən işsizlərə XƏBƏRDARLIQ 7 Aprel 2020, 20:16 Prezident koronavirusa yoluxanları şəxsən müalicə edəcək 7 Aprel 2020, 20:03 Bu ölkədə koronavirusdan bir gündə 403 nəfər öldü 7 Aprel 2020, 19:59 Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər 7 Aprel 2020, 19:52 Nazirlik “Virtual məktəb”ə qoşulan şagirdlərin sayını açıqladı 7 Aprel 2020, 19:35 Dövlət Komitəsi Gəncədə yandırılan qadını nəzarətə götürdü 7 Aprel 2020, 19:28 Komitə müəllimindən hamilə qalan şagird barədə açıqlama YAYDI 7 Aprel 2020, 19:23 Dünyanın ən varlı adamının adı AÇIQLANDI 7 Aprel 2020, 19:18 Siyavuş Novruzov: “Əfv sərəncamı Prezidentin vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir” 7 Aprel 2020, 19:00 Güclü külək Goranboyda fəlakət yaratdı - FOTO 7 Aprel 2020, 18:56 Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk! 7 Aprel 2020, 18:55 İqtisadiyyat Nazirliyindən maska istehsalı ilə bağlı AÇIQLAMA 7 Aprel 2020, 18:42 Nazirlik fərdi sahibkarlar üçün DSMF-yə ödəmələri yüngülləşdirə bilər 7 Aprel 2020, 18:41 Əfv olunan şəxslər istirahət mərkəzinə yerləşdirildi- RƏSMİ 7 Aprel 2020, 18:34 Azərenerjidən “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!” videoçarxı 7 Aprel 2020, 18:29 “Nar” şəbəkəsi ölkəni fasiləsiz internetlə təmin edir 7 Aprel 2020, 18:19 Nazir: Birdəfəlik ödəmə üçün müraciət edənlərin 60 faizi haqqı olmayanlardı 7 Aprel 2020, 18:13 İstanbulda yaşayış binasında PARTLAYIŞ 7 Aprel 2020, 18:09 İşsizlikdən sığorta mexanizminin sadələşdirilməsi nəzərdə tutulur - Sahil Babayev 7 Aprel 2020, 18:00 Uşaqlar üçün koronavirus təhlükəsi barədə nağıl - FOTOLAR 7 Aprel 2020, 17:56 İşsiz statusu alanlara birdəfəlik ödəmələr bu tarixdən veriləcək 7 Aprel 2020, 17:50 Koronavirusa görə 6 xəstəxana quraşdırılacaq - SƏRƏNCAM 7 Aprel 2020, 17:44 Koronavirus bu ölkənin mövcudluğuna təhlükədir 7 Aprel 2020, 17:40 İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb 7 Aprel 2020, 17:34 İTV-nin Aprel döyüşləri haqqında sifariş etdiyi film efirə verilmədi - SƏBƏB 7 Aprel 2020, 17:27 Dolların sabaha olan məzənnəsi 7 Aprel 2020, 17:20 Dünya zənginlərinin yeni siyahısı AÇIQLANDI 7 Aprel 2020, 17:14 “8103”dən gələn SMS-ləri dəyişdirən şəxs həbs edilib 7 Aprel 2020, 17:07 Deputat: “Karantin tədbirləri bir neçə sahənin xüsusi inkişafını zəruri etdi” 7 Aprel 2020, 17:00