Arxiv
24 Fevral 2020, 11:09 | AKTUAL
Baş infeksionistdən əhaliyə müraciət: İrana getməyin

Azərbaycanın baş infeksionisti Cəlal İsayev İranda koronavirusun yayılması, bu xəstəlikdən hətta ölüm hallarının baş verməsini nəzərə alaraq, həmin ölkəyə getmək istəyən Azərbaycan vətəndaşlarına bəzi tövsiyələrini verib.

 

Modern.az-ın məlumatına görə, C.İsayev bildirib ki, İranla Azərbaycan arasında gediş-gəliş çox olduğu üçün mühüm tədbirlərin görülməsi zəruridir:

 

“Azərbaycanda koronavirus indiyədək aşkarlanmasa da, İranla bağlı vəziyyət ciddidir. İnsanlar çalışsınlar ki, vacib işləri yoxdursa, İrana getməsinlər. İrana getdikləri zaman da çox diqqətli olmalıdırlar”.

 

Baş infeksionist əlavə edib ki, İrana getməyə məcbur olan Azərbaycan vətəndaşları orada insanların kütləvi toplaşdığı yerlərdən uzaq dayansınlar, yoluxmadan qorunmaq üçün maskadan, qablaşdırmış sudan istifadə etsinlər, qidalanma zamanı yaxşı bişmiş ət və ərzaqlara üstünlük versinlər, mütəmadi olaraq əllərini yusunlar:

 

“Əgər insanlar özlərində hər hansı şübhəli əlamət hiss edərlərsə, təcili olaraq, həkimə müraciət etsinlər. İrandan gələn insanlar termal aparatlar vasitəsilə yoxlanılır. Amma tövsiyə edərdik ki, insanlar özləri də yoxlanılma prosesində maraqlı olsunlar. Müşahidə altına götürülmə lazım olduğu zaman bundan imtina etməsinlər. Bu, onların həm özləri, həm də yaxınlığındakı qohum-əqrabalarının sağlamlığı üçün vacibdir. Sadaladığım tədbirlər görülərsə, xəstəliyin Azərbaycana keçməsinin qarşısı alınar”.

 

C.İsayev qeyd edib ki, adətən, xəstəliyin yayıldığı ərazidən ölkəmizə gələnlər 14 gün ərzində xəstəxanada müşahidə altında saxlanılır.

 

Hazırda Azərbaycanda koronavirusa qarşı gücləndirilmiş şəkildə tədbirlərin həyata keçirlldiyini deyən C.İsayev vətəndaşları da bu tədbirlərin həyata keçirilməsində aktiv və maraqlı olmağa çağırıb (trend).

 

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək yeni koronavirusa 43 nəfərin yoluxduğunu və 8 nəfərin öldüyünü təsdiqləyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusla bağlı nikbin proqnoz 3 Aprel 2020, 00:52 Qeyri-iş günlərinin sayı artırıldı 3 Aprel 2020, 00:29 Gürcüstanda koronavirusa 134 nəfər yoluxub 3 Aprel 2020, 00:11 Dünyanı yenidən bölmək istəyirlər - Prezidentdən İDDİA 3 Aprel 2020, 00:04 Almaniya da Çini geridə qoydu 2 Aprel 2020, 23:50 OPEC+ iclasının gündəmə gəlməsi nefti bahalaşdırdı 2 Aprel 2020, 23:48 ABŞ-da koronavirusdan ölənlərin sayı 5316 nəfərə çatdı 2 Aprel 2020, 23:36 Xalq artisti Rəşad Məcidin şeirlərini ifa edib - VİDEO 2 Aprel 2020, 23:26 Vətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcək 2 Aprel 2020, 23:14 Fransada daha 471 nəfər koronavirusdan öldü 2 Aprel 2020, 23:02 “Karantin qaydalarını pozanlar barədə ən ciddi tədbirlər görüləcək” - DİN rəsmisi 2 Aprel 2020, 22:51 Daha bir ölkədə virus aşkarlandı 2 Aprel 2020, 22:44 "Avropa İttifaqı Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır" - Andris Ameriks 2 Aprel 2020, 22:34 Nazir müavini: “Əhali #evdəqalandan internetdən çox istifadə edir” 2 Aprel 2020, 22:17 Koronavirusa yoluxanların sayı 1 milyonu ÖTDÜ 2 Aprel 2020, 22:07 Agentlik sədrindən XƏBƏRDARLIQ: “Yanlış məlumatlar ötürənlər barədə ölçü götürüləcək” 2 Aprel 2020, 22:04 "Ailədə 1 mobil telefon varsa, digər üzvlər üçün də icazə alına bilər" - Ülvi Mehdiyev  2 Aprel 2020, 21:47 Azərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdır 2 Aprel 2020, 21:24 “Öz ayağı ilə gələn xəstə az sonra süni nəfəs aparatına qoşulur” -  Almaniyadakı Azərbaycanlı həkimdən HƏYƏCAN TƏBİLİ 2 Aprel 2020, 21:13 Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı 2 Aprel 2020, 21:03 Süleyman dayının USTAD DƏRSİ 2 Aprel 2020, 21:01 Müsavat Partiyasında ağır itki 2 Aprel 2020, 20:51 Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib 2 Aprel 2020, 20:51 Bu sahələr fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİ 2 Aprel 2020, 20:37 Azərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDI 2 Aprel 2020, 20:35 Beynəlxalq Türk Akademiyası qədim türk abidələrinin axtarışında 2 Aprel 2020, 20:27 Xüsusi karantin dövründə işə cəlb edilən qurumların SİYAHISI AÇIQLANDI 2 Aprel 2020, 20:11 Baş Nazirdən qərar - Dövlət qurumları məhdud sayda işçi cəlb edəcək, onlara əlavə istirahət veriləcək 2 Aprel 2020, 19:58 İran parlamentinin sәdri koronavirusa yoluxub 2 Aprel 2020, 19:54 18 yaşlı tələbənin ölüm səbəbi AÇIQLANDI 2 Aprel 2020, 19:47 Norveç neftin ucuzlaşmasına görə rekord məbləğ İTİRDİ 2 Aprel 2020, 19:41 Ermənistanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı 2 Aprel 2020, 19:25 Şagirdlər üçün “Azərbaycan dili” imtahanı onlayn keçirilə bilər 2 Aprel 2020, 19:11 Azərbaycan yeniyetmə ürəyindən bıçaqlandı 2 Aprel 2020, 19:06 Məleykə Abbaszadə builki qəbul imtahanları ilə bağlı müraciət YAYDI 2 Aprel 2020, 19:00