Modern.az

Madər Musayevin dairəsi ilə bağlı şikayət təmin edilmədi

Madər Musayevin dairəsi ilə bağlı şikayət təmin edilmədi

24 Fevral 2020, 21:57

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 10 saylı Binəqədi Seçki Dairəsi üzrə daxil olan müraciətə baxılıb.

 

Modern.az  xəbər verir ki, qeydə alınmış namizəd Rəbiyyə Məmmədova seçki dairəsi üzrə nəticələrin ləğvini tələb edib.

 

Bu haqda məlumat verən MSK katibi Arifə Muxtarova qeyd edib ki, müraciətlə əlaqədar lazımi araşdırmalar aparılıb.

 

MSK katibi bildirib ki, aidiyyəti üzrə araşdırma aparan Dairə Seçki Komissiyası iddia olunan qanun pozuntularının təsdiqini tapmadığını diqqətə çatdırıb.

 

Arifə Muxtarova bildirib ki, araşdırma zamanı namizədin iddialarının əsassız olduğu müəyyənləşib.
MSK katibinin təklifi, Komissiyanın ekspert qrupunun rəyi ilə şikayət təmin edilməyib.

 

Qeyd edək ki, həmin dairədən qalib namizəd Madər Musayevdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu