Modern.az

Azərbaycanlı xanımların əcnəbi ər seçimi: Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan...

Azərbaycanlı xanımların əcnəbi ər seçimi: Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan...

Aktual

25 Fevral 2020, 09:20

2019-cu ildə Azərbaycan vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 2 270 nikah bağlanıb.

 

Ədliyyə Nazirliyinin (ƏN) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1160 nəfəri azərbaycanlı qadın, 1110 nəfəri isə azərbaycanlı kişilərdir.

 

Həmçinin qeyd edilib ki, hesabat dövründə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 187 nikahın pozulması qeydə alınıb:

 

“Ötən il Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya, Türkiyə, Gürcüstan, İran, Ukrayna vətəndaşları ilə nikaha daxil olublar”.

 

Əcnəbilər və vətəndaşlığı olmayanlarla nikaha girən azərbaycanlıların yaşına gəlincə, nazirlikdən bildirilib ki, 2019-cu ildə əcnəbilərlə nikaha daha çox 25-35 yaş arasında kişilər, 20-30 yaş arasında qadınlar daxil olublar:

 

“Bunun onların neçənci evliliyi olduğu müəyyən edilməyib”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü