Arxiv
25 Fevral 2020, 14:27 | AKTUAL
Xocalı soyqırımı bütün Türk dünyasının faciəsidir

 

Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbirlərə Türk Egitim Vəqfi Anadolu Liseyində keçirilən anım mərasimi ilə start verilib.

 

Modern.az xəbər verir ki, mərasimdən öncə bu təhsil ocağının foyesində Xocalı soyqırımından bəhs edələn fotoşəkillər, o cümlədən Azərbaycanda nəşr edilən, Xocalı soyqırımı və erməni terroru haqqında həqiqətlərin əks olunduğu, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər barədə ətraflı məlumatların əks olunduğu kitablar sərgilənib.


Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra anım mərasimini giriş sözü ilə açan liseyin tarix müəllimi, uzun illər Xocalı soyqırımı haqqında həqiqətlərin Türkiyə ictimaiyyətinə çatdırlması istiqamətində fəaliyyət göstərən Sedat Sərdaroğlu geniş məruzə ilə çıxış edib.


"Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ən ağrılı faciəsidir"- deyən S.Sərdaroğlu faciə haqqqında həqiqətlərin dənizlililərə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, məhz S.Sərdaroğlunun təşəbbüsü ilə bu təhsil ocağının şagirdlərindən ibarət "Xocalı çalışma qrupu" adlı dərnək yaradılıb. Əvvəllər dərnək üzvləri Xocalı soyqırımı ilə bağlı lisey səviyyəsində tədbirlər keçirsələr də, sonradan bu işlər daha geniş miqyasda davam etdirilib:

 

"Mən harada işləmişəmsə, Türk dünyasının başına gətirilən facilər, o cümlədən Xocalı soyqırımı haqqında gələcək nəsillərin daha çox bilik əldə etməsinə çalışmışam. Biz türklər düşmənlərimizi yaxşı tanımalıyıq ki, gələcəkdə təkrar faciələrə tuş gəlməyək. Bu dərnəyi də məhz həmin məqsədlə yaratmışıq. Əvvəl lisey daxilində fəaliyyətlə kifayətlənirdik. Amma Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində şəhərimizdə abidə ucaldılması ilə bağlı Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanına məktub yazdıq və təklifimiz müsbət qarşılandı".

 


Elə abidənin eskizi də Sədat Sərdaroğlu, liseyin rəsm müəllimi Feriştah Selcen və şagirdlər tərəfindən hazırlanıb. Eyni zamanda, faciəyə həsr olunmuş fotosərgi, konfrans keçirilib və şagirdlər "25-ci ilində Xocalı soyqırımı" adlı xüsusi qəzet buraxıblar. Faciənin 25-ci ildönümünə bir həftə qalmış isə dərnək üzvləri Türkiyədə fəaliyyət göstərən bütün xarici ölkələrin səfirliklərinə soyqırımı haqqında məlumatın əks olunduğu elektron müraciət ünvanlayıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!" kampaniyasına dəstək xarakteri daşıyan bu aksiya sonrakı illərdə də davam etdirilib:

 

"Hazırda da "Facebook" və "Tvitterdə" "Xocalı çalışma qrupu" adlı səhifələrimiz var. Fəaliyyətimiz davam edir. Həmin vaxt F.Selcenin çəkdiyi, Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri isə hazırda liseyin birinci mərtəbəsinin foyesində yerləşdirilib".


Sonra çıxış edən tanınmış yazar Hasan Kallimçi Türk dünyasının zaman-zaman bu cür faciələrlə baş-başa qaldığını, xüsusilə gənc nəslin bu faciələr barədə məlumatlı olmaları üçün təbliğat işinin davam etdirilməsinin vacib olduğunu bildirib.


1956-cı ildə İğdırda anadan olan, hazırda isə Dənizlidə yaşayan əslən azərbaycanlı İslam Günəş bu cür tədbirlırin keçirilməsinin, atılan digər addımların "Bir millət iki dövlət olan" Azərbaycanla Türkiyə arasındakı əlaqələri daha da möhkəmləndirdiyini deyib.

 

Anım mərasimində çıxış edən hazırda Dənizlidə təhsil alan, Pamukkale Universitetinin Egitim fakültəsinin Rəhbərlik və psixoloji danışmanlıq bölümünün birinci kurs tələbəsi Şəmsiyə İsmayıllı öncə bu cür tədbirlərin keçirilməsinə, həmçinin Xocalı faciəsi ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşıldığına görə Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan başda olmaqla bütün Dənizli ictimaiyyətinə minnətdarlıq edib.

 


Sonra faciə haqqında ətraflı məlumat verən S.İsmayıllı deyib ki, Prezident İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Həmçinin Heydər Əliyev Fondunun gördüyü işlər miqyasına görə xüsusilə diqqətçəkəndir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində anım və tanıtım tədbirləri keçirilir. Bildirilib ki, Bu faciə dünyanın 10-dan çox ölkəsi və ABŞ-ın 20-dən çox ştatı tərəfindən soyqırımı kimi tanınır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Naxçıvanda 18 nəfər koronavirusa yoluxub 6 Aprel 2020, 11:17 Qırğızıstan televızıyasında Mehriban Əliyevanın milli mədəniyyətə verdiyi töhfələrdən danışıldı 6 Aprel 2020, 11:14 Lənkəranda karantinlə bağlı tənha və ahıl vətəndaşlara baş çəkilib - FOTO 6 Aprel 2020, 11:07 “Apple” qoruyucu maskalar istehsal edəcək 6 Aprel 2020, 11:00 Hökumətin hesabatı 2 gün çəkə bilər 6 Aprel 2020, 10:53 Polisin KİTABI 6 Aprel 2020, 10:40 "Azəriqaz" müştəri xidmətlərinin iş rejimini açıqladı 6 Aprel 2020, 10:20 Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılar 6 Aprel 2020, 10:18 Nazirlik bu şəhər və rayonlarda yoxlamalar apardı - inzibati tənbeh qərarı verildi 6 Aprel 2020, 10:06 Pərviz Abdullayevi “Survivor” yarışmasından çıxarmaq İSTƏYİRLƏR 6 Aprel 2020, 10:00 Karantin rejimini pozan 5 446 nəfər məsuliyyətə cəlb edildi 6 Aprel 2020, 09:54 Xocalı polisi “Evdə qal” devizi altında aksiya keçirib - FOTO 6 Aprel 2020, 09:48 Daha üç partiya maliyyə hesabatını MSK-ya təqdim edib 6 Aprel 2020, 09:40 Koronavirus Sumqayıt küçələrini sükuta qərq edib - FOTO 6 Aprel 2020, 09:38 Həftənin ilk iş günü üçün dolların MƏZƏNNƏSİ   6 Aprel 2020, 09:32 “Azərbaycanda koronavirusa yoluxma nəzarətdən çıxsa, qarşısını almaq çətin olacaq” - Bioloqla #evdəqal SÖHBƏTİ 6 Aprel 2020, 09:25 Cəbhədə gərginlik: düşmən iriçaplı pulemyotlardan kəndlərimizi atəşə tutub 6 Aprel 2020, 09:21 8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən sualların CAVABLARI 6 Aprel 2020, 09:14 Neft 10 faizə yaxın ucuzlaşdı 6 Aprel 2020, 09:13 Hindistan 9 dəqiqə işıq saçdı 6 Aprel 2020, 09:07 Koronavirusu 48 saat içində məhv edən dərman tapılıb 6 Aprel 2020, 09:00 Çində güclü zəlzələ olub 6 Aprel 2020, 08:59 Hacı Əbdül vəfat edib   6 Aprel 2020, 08:51 Xan kimi qürurlu xalq artisti 6 Aprel 2020, 08:28 Bu ölkədə də virusa yoluxanların sayı 100 mini ötdü 6 Aprel 2020, 01:28 Koronavirusa yoluxan Boris Conson xəstəxanaya yerləşdirildi 6 Aprel 2020, 00:59 "İctimai Qərargah ictimai sektorun  potensialını tam səfərbər edəcək" - Azay Quliyev 6 Aprel 2020, 00:51 Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ 6 Aprel 2020, 00:43 “Koronavirusa bir yoluxma 30, bəzən isə 60 insanı yoluxdurur”  - Ramin Bayramlı  6 Aprel 2020, 00:36 SMS müraciətlərinə cavab bu səbəbdən gecikir - RƏSMİ 6 Aprel 2020, 00:21 "Ölkənin internetə artan tələbatını təmin edəcəyik" - Elmir Vəlizadə 6 Aprel 2020, 00:04 Fransada 8078  nəfər koronavirusun qurbanı oldu 5 Aprel 2020, 23:46 Türkiyədəki azərbaycanlılarla bağlı son vəziyyət belədir – JURNALİST MƏHSƏTİ ŞƏRİFLƏ MÜSAHİBƏ 5 Aprel 2020, 23:29 Deputatdan çağırış: “Səbir edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun” - VİDEO 5 Aprel 2020, 23:05 Koronavirus dünyada  62 784 can aldı 5 Aprel 2020, 22:47