Modern.az

MSK daha 10 məntəqədə seçkilərin nəticələrini ləğv edib

MSK daha 10 məntəqədə seçkilərin nəticələrini ləğv edib

25 Fevral 2020, 19:14

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 19 saylı Nərimanov birinci seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

 

Modern.az-ın məlumatına görə, həmin dairədən daxil olan müraciətdə seçki günü qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü İlham Məmmədov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntuları yalnız 1, 2, 4, 13, 19, 21, 22, 29, 30 və 34 saylı seçki məntəqələri öz əksini tapıb. İ.Məmmədov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı