Arxiv
26 Fevral 2020, 11:14 | AKTUAL
DTX-nın həbs etdiyi İsmayıl Vəliyevdən yeni XƏBƏR VAR

Neftçalanın həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyev barəsində seçilən həbs qətimkan tədbirindən apelyasiya şikayəti verməyib.

 

Modern.az məlumat verir ki, həbs olunan şəxslərdən yalnız rayonun Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev barəsində seçilmiş həbs-qətimkan tədbirindən apelyasiya şikayəti verib. Digər saxlanılan şəxslər isə bu hüquqlarından istifadə etməyiblər.

 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. 

 

Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov,  Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

 

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

 

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib.

 

İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

 

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

 

Səbail rayon Məhkəməsi sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirdi 6 Aprel 2020, 13:17 Ermənistanda qadın minaya düşdü 6 Aprel 2020, 13:13 Gürcüstanda COVİD-19-a yoluxanların sayı artdı 6 Aprel 2020, 13:05 Dövlət Neft Fondu proqnozları AÇIQLADI 6 Aprel 2020, 12:53 İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur? 6 Aprel 2020, 12:49 Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb 6 Aprel 2020, 12:46 Cəbhədə düşmən təxribatı: 1 erməni hərbçi yaralandı 6 Aprel 2020, 12:44 Rüstəm Xəlilov Hacıqabulda monitorinq apardı  - FOTO 6 Aprel 2020, 12:29 Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək? 6 Aprel 2020, 12:20 Azərbaycan nefti 20 faizədək bahalaşdı 6 Aprel 2020, 12:20 Hökumətin hesabatına əlavələr edildi 6 Aprel 2020, 12:15 Bir sutkada karantin rejimi pozanlardan 380.000 manat cərimə TOPLANDI 6 Aprel 2020, 12:10 Taksi sürücülərinə ŞAD XƏBƏR 6 Aprel 2020, 12:01 Ermənistanda virusdan ölənlərin sayı 8-ə çatdı 6 Aprel 2020, 11:57 Rusiyada koronavirusa yoluxanların sayı ARTDI 6 Aprel 2020, 11:51 Banklar kredit verməyi niyə dayandırıb? - Rəsmi AÇIQLAMA 6 Aprel 2020, 11:40 Azərbaycanda metil spirtindən 8 nəfər öldü 6 Aprel 2020, 11:38 Koronavirusun yox edəcəyi ixtisaslar – SİYAHI 6 Aprel 2020, 11:38 Bütün dünyanın səbirsizliklə gözlədiyi döyüş baş tutmayacaq 6 Aprel 2020, 11:34 Binəqədidə tənhalara yardım edilir - FOTO 6 Aprel 2020, 11:30 Karantin rejimini pozan daha 6 nəfər HƏBS OLUNDU 6 Aprel 2020, 11:27 Naxçıvanda 18 nəfər koronavirusa YOLUXDU 6 Aprel 2020, 11:17 Qırğızıstan televızıyasında Mehriban Əliyevanın milli mədəniyyətə verdiyi töhfələrdən danışıldı 6 Aprel 2020, 11:14 Lənkəranda karantinlə bağlı tənha və ahıl vətəndaşlara baş çəkilib - FOTO 6 Aprel 2020, 11:07 “Apple” qoruyucu maskalar istehsal edəcək 6 Aprel 2020, 11:00 “ASAN xidmət”: “SMS-lə verilən icazə təxirə salına bilməz!” 6 Aprel 2020, 10:53 Hökumətin hesabatı 2 gün çəkə bilər 6 Aprel 2020, 10:53 Polisin KİTABI 6 Aprel 2020, 10:40 "Azəriqaz" müştəri xidmətlərinin iş rejimini açıqladı 6 Aprel 2020, 10:20 Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılar 6 Aprel 2020, 10:18 Nazirlik bu şəhər və rayonlarda yoxlamalar apardı - inzibati tənbeh qərarı verildi 6 Aprel 2020, 10:06 Pərviz Abdullayevi “Survivor” yarışmasından çıxarmaq İSTƏYİRLƏR 6 Aprel 2020, 10:00 Karantin rejimini pozan 5 446 nəfər məsuliyyətə cəlb edildi 6 Aprel 2020, 09:54 Xocalı polisi “Evdə qal” devizi altında aksiya keçirib - FOTO 6 Aprel 2020, 09:48 Daha üç partiya maliyyə hesabatını MSK-ya təqdim edib 6 Aprel 2020, 09:40