Arxiv
28 Fevral 2020, 10:10 | AKTUAL
Deputat kütləvi tədbirlərə qarşı: “Mitinqdə bir virus daşıyıcısı minlərlə insanı yoluxdura bilər”

Modern.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

 

- Qüdrət bəy, Əli Kərimlinin martın 2-də mitinq keçirmək barədə qərarına münasibətiniz necədir?

 

- Son günlər dünyada koronovirusun geniş yayılması müşahidə olunur. Xüsusilə qonşu İranda bu virusun yayılması xalqımız tərəfindən böyük narahatlıqla qarşılanmaqdadır. Təsadüfi deyil ki, Dünya Sıhiyyə Təşkilatı istisnasız olaraq bütün dövlətləri xəbardarlıq edib ki, virusun yayılmasının qarşısını almaq üçün ciddi profilaktik tədbirlər görsünlər. Artıq bir çox ölkələrdə kütləvi idman tədbirləri qadağan olunub.Təxirə salınması mümkün olmayan yarışlar idman meydançalarında tamaşaçısız  keçirilir. Cümə namazının məscidlərdə qılınması, hətta dindarların islamın müqəddəs yerlərinə ziyarəti qadağan olunub. Belə bir vaxtda yalnız düşmən ermənilər Azərbaycanda mitinq keçirilməsini arzulaya bilər. Onların da ağıllıları bunu arzulamaz, çünki qonşu ölkəyik və virus ora da sıçraya bilər.

Bildiyimiz kimi Əli Kərimli 19 oktyabrda başından zərbə almışdı və dediyinə görə polisin “vanna otağında” böyük stress yaşayıb. Zərbəni necə və harada alması başqa söhbətin mövzusudur. Amma görünəm odur ki, bu mitinqin təyin olunması ya həmin zərbənin nəticəsidir, ya da yeni sifarişdir. Çünki bu adamlar neçə gündür hökumətə qarşı sərt təbliğat kompaniyası aparırlar ki, niyə sərhədlər bağlanmır, məktəblərdə dərslər dayandırılmır, niyə apteklərdə kifayət qədər qoruyucu maskalar yoxdur və s. Bütün bunlar, o cümlədən onun AXC-nin son yadigarı olan Gözəlini itirib şizofrenniki müttəfiq seçməsi də göstərir ki, bu adam artıq tam mənada ciddiliyini və məsuliyyət hissini itirib. Bunun sifariş olma ehtimalını onunla əsaslandırmaq olar ki, seçkilər zamanı mafioz qüvvələr tərəfindən seçkinin üzərinə kölgə salmaq məqsədilə çoxlu təxribatçı namizədlər irəli sürülmüş və yaxşı maliyyələşdirilmişdilər. Onlar hətta çoxlu sayda seçki komissiyalarının üzvlərini də ələ almışdılar ki, pozuntu yaradıb sonra da aşkarlamağa yardım etsinlər. Bu pozucu fəaliyyətə bəzi icra nümayəndələri də cəlb olunmuşdu. Bunu müəyyən videogörüntülərə baxdıqda  asanlıqla müşahidə etmək olar. Ona görə də bu faktların araşdırılacağından narahat olduqları üçün mitinq sifarişi verilə bilərlər. Bu nadürüst yaramazlar,  inanın ki, siyasi məqsədləri naminə virusun ölkəmizdə yayılmasında da maraqlı ola bilərlər. Ona görə də ölkədə kütləvi tədbirlər qadağan olunmalıdır. Mitinqdə bir virus daşıyıcısı minlərlə insanı yoluxdura bilər. İnsanlar müəyyən şüarlar səsləndirərkən ağız suyu damcıları metrlərlə məsafəyə yayılır.

 

- Qüdrət bəy, hökumətin virusla mübarizə məqsədilə atdığı profilaktik addımlar yetərlidirmi?

 

- Hazırda FHN və SN gərəkli addımları atmaqdadır. Düşünürəm, bütün dövlət orqanları öz vəzifələrinin öhdəsindən lazımınca gələcək. Ən başlıcası şayiələr yayıb qorxu mühiti yaradılmasına və insanların stres keçirməsinə imkan vermək olmaz. Stres immuniteti aşağı saldığı üçün insanların xəstəliklərə yoluxma ehtimalını da kəskin artırır. Ona görə də gigienik qaydalara ciddi əməl olunmalı, kənar şəxslərlə ehtiyac olmadığı təqdirdə təmaslardan qaçmaq, xarici səfərlərdən imtina etmək lazımdır. KİV isə insanları maarifləndirməkdə davam etməlidir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus nə zaman bitəcək? – Ekspertlərdən fərqli PROQNOZLAR 6 Aprel 2020, 13:19 Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirdi 6 Aprel 2020, 13:17 Ermənistanda qadın minaya düşdü 6 Aprel 2020, 13:13 Gürcüstanda COVİD-19-a yoluxanların sayı artdı 6 Aprel 2020, 13:05 Dövlət Neft Fondu proqnozları AÇIQLADI 6 Aprel 2020, 12:53 İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur? 6 Aprel 2020, 12:49 Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb 6 Aprel 2020, 12:46 Cəbhədə düşmən təxribatı: 1 erməni hərbçi yaralandı 6 Aprel 2020, 12:44 Rüstəm Xəlilov Hacıqabulda monitorinq apardı  - FOTO 6 Aprel 2020, 12:29 Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək? 6 Aprel 2020, 12:20 Azərbaycan nefti 20 faizədək bahalaşdı 6 Aprel 2020, 12:20 Hökumətin hesabatına əlavələr edildi 6 Aprel 2020, 12:15 Bir sutkada karantin rejimi pozanlardan 380.000 manat cərimə TOPLANDI 6 Aprel 2020, 12:10 Taksi sürücülərinə ŞAD XƏBƏR 6 Aprel 2020, 12:01 Ermənistanda virusdan ölənlərin sayı 8-ə çatdı 6 Aprel 2020, 11:57 Rusiyada koronavirusa yoluxanların sayı ARTDI 6 Aprel 2020, 11:51 Banklar kredit verməyi niyə dayandırıb? - Rəsmi AÇIQLAMA 6 Aprel 2020, 11:40 Azərbaycanda metil spirtindən 8 nəfər öldü 6 Aprel 2020, 11:38 Koronavirusun yox edəcəyi ixtisaslar – SİYAHI 6 Aprel 2020, 11:38 Bütün dünyanın səbirsizliklə gözlədiyi döyüş baş tutmayacaq 6 Aprel 2020, 11:34 Binəqədidə tənhalara yardım edilir - FOTO 6 Aprel 2020, 11:30 Karantin rejimini pozan daha 6 nəfər HƏBS OLUNDU 6 Aprel 2020, 11:27 Naxçıvanda 18 nəfər koronavirusa YOLUXDU 6 Aprel 2020, 11:17 Qırğızıstan televızıyasında Mehriban Əliyevanın milli mədəniyyətə verdiyi töhfələrdən danışıldı 6 Aprel 2020, 11:14 Lənkəranda karantinlə bağlı tənha və ahıl vətəndaşlara baş çəkilib - FOTO 6 Aprel 2020, 11:07 “Apple” qoruyucu maskalar istehsal edəcək 6 Aprel 2020, 11:00 “ASAN xidmət”: “SMS-lə verilən icazə təxirə salına bilməz!” 6 Aprel 2020, 10:53 Hökumətin hesabatı 2 gün çəkə bilər 6 Aprel 2020, 10:53 Polisin KİTABI 6 Aprel 2020, 10:40 "Azəriqaz" müştəri xidmətlərinin iş rejimini açıqladı 6 Aprel 2020, 10:20 Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılar 6 Aprel 2020, 10:18 Nazirlik bu şəhər və rayonlarda yoxlamalar apardı - inzibati tənbeh qərarı verildi 6 Aprel 2020, 10:06 Pərviz Abdullayevi “Survivor” yarışmasından çıxarmaq İSTƏYİRLƏR 6 Aprel 2020, 10:00 Karantin rejimini pozan 5 446 nəfər məsuliyyətə cəlb edildi 6 Aprel 2020, 09:54 Xocalı polisi “Evdə qal” devizi altında aksiya keçirib - FOTO 6 Aprel 2020, 09:48