Modern.az

Çində koronavirusdan ölənlərin sayı 2835 oldu

Çində koronavirusdan ölənlərin sayı 2835 oldu

29 Fevral 2020, 09:00

Çində koronavirus qurbanlarının sayı 2835 nəfər təşkil edib, 39 mindən çox insan sağalıb, 79,2 mindən çox insan virusa yoluxub.

 

Modern.az xəbər verir ki, bunu Çinin Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsi bildirib.

 

Yenilənmiş məlumatlara görə, ölkədə koronavirusdan rəsmi ölüm göstəricisi bir gün əvvəl 3,53% əvəzinə 3,57% təşkil edib. Hər gün qeydə alınan yeni yoluxma hadisələrinin sayı 100 artaraq 427, son bir gündə qeydə alınan ölüm hadisələrinin sayı 3 dəfə artaraq 47-ə çatıb.

 

Bölgələr arasında mərkəzi Hubei əyaləti yoluxmuşların sayına görə birinci yerdədir, burada 66,3 min nəfərin virusa yoluxması qeydə alınıb, onlardan 2.7 mindən çoxu ölüb və təxminən 28.8 min insan sağalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir