Modern.az

Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan QAYITDI

Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan QAYITDI

29 Fevral 2020, 11:36

Bakıdan Ankaraya yerli vaxtla 10:35-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarını verib.

 

Modern.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

 

Bildirilir ki, Bakı vaxtı ilə 11:05-də təyyarə Bakının hava limanına uğurlu eniş edib.

 

İlkin məlumata görə reys saat 12:30 qədər gecikir.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?