Arxiv
5 mart 2020, 16:48 | MÜSAHİBƏ
USAID-ın direktoru:  “Zaqatala və Balakən Kəşmiri, Vaşinqton Ştatını xatırladır” - MÜSAHİBƏ

ABŞ hesab edir ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx Modern.az saytına müsahibə verib.

-Cənab Cey Sinqx, öncə  USAID –Azərbaycan əlaqələri haqqında oxucularımıza məlumat verməyinizi istərdik.

-USAID Azərbaycanda 1990-cı illərin əvvəllərindən fəaliyyətdədir. Azərbaycanla ABŞ arsındakı əlaqələrin yaşı çox böyükdür. Demək olar ki, Azərbaycanın SSRİ-dən ayrıldığı ilk illərdən təşkilat Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan və ABŞ arasındakı əlaqələrə gəlincə, ilk əlaqələr 1919-cu ildə qurulub. O zaman ABŞ prezidenti Vilsonla Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələrinin görüşləri baş tutub. Azərbaycanın müstəqilliyinin ilk illərində təşkilatımız Azərbaycana humanitar yardımlar edib. Bu gün isə biz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və inkişafı uğrunda addımlar atırıq. Xüsusilə də, kənd təsərrüfatı sahəsində. Eyni zamanda biz qadın sahibkarlığı sahəsində fəaliyyət göstəririk. Biznes və peşəkar assosasiyalara dəstək sahəsində təşəbbüs irəli sürmüşük. Mənim Azərbaycanda son iki ildəki fəaliyyətimə gəlincə isə biz bu müddətdə özəl sektorun inkişafına xüsusilə böyük diqqət yetirmişik. Eyni zamanda bu dövr ərzində Azərbaycan hökuməti ilə çox yaxşı münasibətlərimiz olub. Qeyd edim ki, son beş ildə Azərbaycanın kənd təsərrüfatı sahəsinə 11 milyon ABŞ dolları ayrılıb. Bunun qarşılığında Azərbaycan kənd təsərrüfatı müəssisələri və fermerləri 75 milyon ABŞ dolları məbləğində ixraca nail olmuşlar. Bu onu göstərir ki, biz yatırdığımız bir dollar sərmayə qarşılığında təxminən 7 dollar rentabellik müşahidə etmişik. Bununla yanaşı, biz kənd təsərrüfatı sektorunda maliyyə əlçatanlığını yaxşılaşdırmaq üçün Bank Respublika və Turan bankla əməkdaşlıq etmişik.

 

-Geridə qoyduğumuz 2019-cu il ərzində təşkilatınızın Azərbaycana yatırımları nə qədər olub? Yatırımlar təşkilatın öz büdcəsindən aparılır yoxsa, birbaşa ABŞ büdcəsindən?

 

-Biz düşünürük ki, Azərbaycanın imkanları çox genişdir. Son illərdə biz münasibətlərimizə birgə sərmayə kimi baxmışıq. Bu sərmayə hər iki ölkənin marağındadır. İstər iqtisadi, istərsə də siyasi sahədə. Büdcəyə gəlincə isə bizim vəsaitlərimiz ABŞ Konqresi tərəfindən təyin olunur. Eyni zamanda biz son illərdə çalışmışıq ki, Azərbaycan tərəfi ilə də birgə maliyyələşən layihələrimiz olsun. Son 27 ildə USAID Azərbaycanda fəaliyyətə  başladıqdan sonra Azərbaycana etdiyi ümumi yardımın məbləği 394 milyon ABŞ dollarıdır. Hazırda bizim təşkilatın Azərbaycandakı layihələrin portfoliosu 47 milyon təşkil edir. Bu da o deməkdir ki, USAID Azərbaycanda ən böyük donor tərəfdaşdır. Bu büdcə həmçinin Azərbaycan və Amerika xalqı arasında olan dostluğun və tərəfdaşlığın göstəricisidir.

 

-Söylədiniz ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinə təşkilatınız 11 milyon yatırım edib. Yatırımlar kənd təsərrüfatının hansı sahələrini əhatə edir?

 

-Çiyələk, fındıq, nar, alma yetişdirilməsi üçün xeyli yatırımlarımız olub. Bəzi dəyər zəncirlərini qeyd etdik. Ən mühümü isə fındıqçılıq sahəsində olub. Ümumiyyətlə, bu sahədə Azərbaycanda çox böyük potensial var. Azərbaycan fındıq istehsal edən ölkələr arasında ən mühüm yeri tutmaqdadır.

 

-USAID Azərbaycanda hansı sektorların inkişafında gerilik hiss edib və o sahədə olan inkişafda maraqlıdır?

-Qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı sahəsi ən böyük sahə hesab olunur. Çünki Azərbaycanda torpaq münbitdir və bu sahədə böyük potensial var. Biz xüsusilə də, Kənd Təsərrüfatı Nazirliyi və digər özəl sektorlarla bu sahədə birgə layihələr ortaya qoymağı düşünürük. Bundan başqa isə turizm sektorunda Azərbaycanın böyük potensialı var. Bakı gözəl şəhərdir, lakin biz Bakıdan kənara çıxdıqda daha gözəl yerlər görə bilərik. Əslində hər bir bölgənin özünəməxsus ekosistemi mövcuddur. Azərbaycanda 11 iqlimdən 9-u mövcuddur. Bu da onun böyük imkanları olduğunu ortaya qoyur. Eyni zamanda, digər potensial hesab etdiyimiz sahələrdən biri də insan kapitalıdır. Xüsusilə qadın sahibkarlığı, aqro və eko turizm sahələrində burada böyük potensial görürəm. Mən həmişə demişəm ki, Azərbaycan unikal bir xüsusiyyətə malikdir. Biz həmişə baxmalıyıq ki, Azərbaycanın unikallığı nədir və onu hansı brend kimi təşviq etmək olar. Aqroturizm sahəsində biz Kənd Təsərrüfatı Nazirliyi ilə çalışırıq. Xüsusi olaraq bu nazirliyin tərkibində olan Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti ilə əlaqələrimiz var. Həmçinin Aqar Kredit və İnkişaf Agentliyi (AKİA) var ki, aqrar inkişaf layihələrinin kreditləşdirilməsini həyata keçirir. Onların çox gənc, peşəkar və dinamik komandaları mövcuddur. Öncə isə Kənd Təsərrüfatı naziri İnam Kərimovun bu sahədəki uğurlu fəaliyyətini vurğulamaq istərdim. O, çox proqressiv bir insandır. Bir neçə dəfə onunla görüşlərimiz olub. Şəxsən onun köməkliyi ilə biz ABŞ-da iki ABŞ-Azərbaycan Kənd Təsərrüfatı Forumunu keçirmişik. Bunun nəticəsində Amerika-Azərbaycan şikətləri arasında müəyyən müqavilələr imzalanmışdır. Həmçinin İnam Kərimovu qadın və gənclərə yönəlmiş təşəbbüslərinə görə təqdir edirəm. Onların hal-hazırda iki layihəsi var: Aqrar Fəaliyyətli Azərbaycan Qadını (AFAQ) və Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL). Eyni zamanda, mən Azərbaycanın İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarovu qeyd etmək istərdim. Onun həyata keçirdiyi islahatları çox bəyənirik və bu sahədə dəstək göstərməyə hazırıq.

 

-Cənab Sinqx, müsahibənizdə Azərbaycanda qadın sahibkarları mövzusuna toxundunuz. Bilmək istərdik ki, bu sahədə Azərbaycandakı qadınların potensialını necə dəyərləndirərdiniz? Məhz bu sektordan təşkilatınıza çoxmu müraciətlər olur?

 

-Biz görürük ki, Azərbaycanda bu sahədə təlabat çoxdur. Bizim təşkilatın müxtəlif rayonlarda qadın sahibkarların təlimi ilə bağlı proqramları var. Daha dəqiq desək, bu sahədə bizim iki proqramımız var: Birincisi BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birgə Masallıda və Zaqatalada təşkil etdiyimiz “Qadın Resurs Mərkəzlərinin” yaradılmasıdır. Bu mərkəzlərdən biri də bu yaxınlarda Xaçmazda açılıb. Bu layihə nəticəsində 70-dən çox qadın Azərbaycanda uğurlu biznes fəaliyyətinə başlaya bilib. Digər layihəmiz isə yerli təşkilat olan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu ilə birgə həyata keçirilir. Onlar da Bakıda və bölgələrdə mikro-biznes fəaliyyəti qurmaq istəyən qadınlara dəstək göstərirlər. Biz birlikdə bu sahədə daha çox iş görmək istərdik.

 

-2020-ci il Azərbaycanda “Könüllülər ili” elan olundu. Bilmək istərdik ki, USAID Bakı ofisinin hal-hazırda könüllü gənclərin işinə ehtiyacı var?

-Sualınıza öncə öz müşahidələrim əsasında cavab vermək istərdim. Biz müşahidə etmişik ki, Azərbaycanada vətənpərvərlik hissləri çox yüksəkdir. Bu da öz növbəsində hər bir insanı yaşadığı ailəyə, icmaya və dövlətə fayda verməyə şövq edir. Eyni zamanda könüllülük fəaliyyəti Amerikanın əsas dəyərlərindən biridir. Bir faktı qeyd etmək istərdim ki, 1736-cı ildə məhz Benjamin Franklin ilk könüllü yanğınsöndürən dəstəsi yaratmışdı. Bu günün özündə də, bir çox Amerika  gəncləri müxtəlif könüllü təşkilatlarda, skautlar federasiyasında və digər könüllü fəaliyyət göstərməkdədirlər. Qeyd edim ki, Skautlar Federasiyası Azərbaycanda da var. Bilirsiniz ki, könüllülük mövzusu Azərbaycanın birinci vitse-prezidentinin də prioritetlərindən biridir. Həmçinin bu sahədə “Rotary Club” təşkilatının Azərbaycandakı ilk qadın rəhbəri Ayla Ələsgərovanın rolunu vurğulamaq istərdim. Bu yaxınlarda onlar gənclərin liderlik layihəsinə başlayacaqlar (https://ryla.rotary.az/). Gələn il isə əlliliyi olan uşaqlarla bağlı layihələri planlaşdırılır. Bu təşkilatın fəaliyyət tamamən könüllü bir fəaliyyətdir. Biz də “Rotary” fondu vasitəsilə Azərbaycanda könüllülük ilinə bir növ dəstək göstərəcəyik.

 

-Təşkilatınız Azərbaycanda həm dövlət, həm də özəl sektorların inkişafı üçün dəstək verməkdədir. Bu sektorlarda hansının inkişafı digərini üstələyir?

-Düşünürəm ki, bu sektorlar arasında bütün dövrlərdə balans olmalıdır. Dövlət sektoru ona görə mövcuddur ki, digər sektora dəstək olsun. Hazırda Azərbaycan Prezidenti qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir. Biz də, onun bu sahədə olan fəaliyyətini dəstəkləmək istərdik. Mən düşünürəm ki, Azərbaycanda özəl sektora dəstək ona görə vacibdir ki, Azərbaycandakı innovasiyalar məhz özəl sektordan gəlir.

 

-Bəs, 2020-ci ildə Azərbaycan üçün ayırdığınız yardımların məbləğini açıqlaya bilərsiniz? Bu il Azərbaycanda hansı sektorlara dəstək olmağı düşünürsünüz?

 

-2020-ci il üçün Azərbaycana ayıracağımız məbləğ hələ müəyyən edilməyib. Ümumiyyətlə, ABŞ-da büdcənin formalaşması çox çətin bir prosesdir. Biz ümid edirik ki, bu ilki büdcəmizlə, ötən ilki büdcəmiz arasında elə də böyük fərq olmayacaq. Eyni zamanda ümid edirəm ki, daha çox ABŞ şirkətləri Azərbaycana gələcəklər və bir çox Azərbaycan şirkətləri ABŞ-da özlərinə bazar tapmaqda uğurlu ola biləcəklər. Bir məqamı da qeyd etmək istərdim ki, bizim xüsusilə özəl sektora dəstəklə bağlı yeni bir layihəmiz var. Biznes və peşəkar asossasiyalara dəstəklə bağlı yeni bir təşəbbüsə başlamışıq. Təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda müxtəlif sahədə olan bizneslər bir araya gələrək iqtisadiyyatda aparıcı qüvvəyə malik olsunlar. Bu istiqamətdə biz Orxan Məmmədovun rəhbərlik etdiyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcəyik. ABŞ 1992-ci ildən bu günə kimi Azərbaycana 1.2 milyard ABŞ dolları dəyərində həm humanitar, həm də maddi yardımlar göstərib. Məhz bu yardımların 394 milyonu bizim təşkilat vasitəsilə həyata keçirilib. Bu məbləğlər söylədiyimiz kimi qadın sahibkarlığı, kənd təsərrüfatı, iqtisadi inkişaf və digər sahələrdə xərclənib.

-Bu yaxınlarda USAID Azərbaycanda insan alverinin qurbanı olan qadınların yaşadıqları sığınacaqlara yardımlar etdi. Çox maraqlıdır ki, bu yardımlar hansı istiqamətlərdə aparıldı? Siz şəxsən bu qadınlarla görüşərkən hansı problemlərlə qarşılaşdınız?

-İnsan alveri bu gün qlobal bir problemdir. Bu mövzuda çox danışmaq olar.Açığı deyərdim ki, bu, bütün insanlığa qarşı bir cinayətdir. Biz buna çox ciddi yanaşırıq. Azərbaycanda Beynəlxalq Miqrasiya Təşkilatı nümayəndəliyi ilə birgə biz sığınacaqlarda yaşayan qadınlara və uşaqlara kömək edirik. Hesab edirəm ki, bu sahədə bir çox irəlliləyişlər olacaq. İnsan alveri ilə məşqul olan insanlar daha çox məsuliyyətə cəlb olunmalıdırlar. Biz bu barədə Azərbaycan hökuməti ilə müzakirələr aparırıq və düşünürük ki, bu istiqamətdə addımlar atılacaq. Hal-hazırda biz bu sahədə üç vətəndaş cəmiyyəti təşkilatına yardımlar göstəririk. Onlardan ikisi Bakıdakı “Təmiz Dünya” Qadınlar İctimai Birliyi və Azərbaycan Uşaqlar Birliyidir. Gəncədə isə “Təmas” Regional İnkişaf İctimai Birliyinə yardımlar edirik. Biz istərdik ki, bu kimi təşkilatlar həm dövlətdən, həm də bizdən ciddi maliyyə yardımları ala bilsinlər. Ötən ildə həmin sığınacaqlar vasitəsilə biz 72 insan alveri qurbanına yardımlar göstərmişik. Eyni zamanda insan alverinə çevrilə biləcək 620 nəfərə kömək etmişik. Bu həm mənim öz priorititetim, həm ABŞ, həm də Azərbaycan hökumətinin priorititetidir.

 

Uzun illərdir ki, Azərbaycanın üzləşdiyi torpaq itkisi, Dağlıq Qarabağ münaqişəsiylə bağlı nə kimi fikirləriniz var?

-Qeyd edim ki, mən Amerika vətəndaşı və diplomatıyam. Bununla da qürur duyuram. Əslən isə Kəşmirdən olan hindistanlıyam. Ona görə də, sizin yaşadığınız torpaq itkisini çox yaxşı başa düşürəm. Çalışacağam ki, bu sahədə Minsk qrupunun səylərinə əlimdən gələn dəstəyi göstərim. Hesab edirəm ki, mənim həm şəxsi, həm də peşəkar təcrübəm burada  işləmək üçün ən münasib insan olduğuma dəlalət edir. Dağlıq Qarabağ məsələsinə gəldiksə, ABŞ hesab edir ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir.

 

- Azərbaycanda olduğunuz müddətdə hansı özəlliklərin şahidi olmusunuz?

- Demək olar iki ildən artıqdır ki, Azərbaycandayam. Azərbaycanın bir çox bölgələrində olmuşam. Xüsusilə də, Zaqatala və Balakən mənə Kəşmiri və yaşadığım Vaşinqton ştatını  xatırladır. Burada olmaqdan çox məmnunam. Buradakı insanlar çox mehribandır. Bir sözlə burada gördüyüm işimdən zövq alıram.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranın sabiq vitse-prezidenti həbs edildi 5 Dekabr 2020, 16:46 Qanunsuz işləyən hazırlıq kursu aşkarlandı 5 Dekabr 2020, 16:38 Gömrük Xidmətinin şəhidliyə yüksələn 26 yaşlı əməkdaşı... 5 Dekabr 2020, 16:32 Ceyhun Bayramov yenidən Lavrovla MÜZAKİRƏ APARDI 5 Dekabr 2020, 16:24 Daha 4323 yeni yoluxma, 42 ölüm... 5 Dekabr 2020, 16:20 Bu bölgələrdə xüsusi karantin rejimi uzadıldı - QƏRAR 5 Dekabr 2020, 16:18 İraq Türkmən Cəbhəsinin sədri Prezidenti təbrik edib 5 Dekabr 2020, 15:52 Müdafiə Nazirliyinin “qaynat xətti” fəaliyyət göstərir 5 Dekabr 2020, 15:44 Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair - Cavanşir Feyziyev 5 Dekabr 2020, 15:38 Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları - FOTOLAR 5 Dekabr 2020, 15:31 Dağlıq Qarabağda yaradılacaq Türk-Rus Ortaq Mərkəzi - Təfərrüatlar nələrdir? 5 Dekabr 2020, 15:29 Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi 5 Dekabr 2020, 15:21 Yerevanda Paşinyanın istefası təbəilə mitinq keçirilir 5 Dekabr 2020, 15:14 Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər 5 Dekabr 2020, 14:56 Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib 5 Dekabr 2020, 14:43 "Napoli"nin stadionuna Maradonanın adı verilib 5 Dekabr 2020, 14:35 Cənublu soydaşlarımızın Qarabağ SEVİNCİ: “Hər kəs şirniyyat paylayırdı” 5 Dekabr 2020, 14:25  “Şəhidlərimizin qırxı çıxmamış toy etmək hörmətsizlikdir” - ETİRAZ 5 Dekabr 2020, 14:15 Azərbaycanın Polşadakı səfirliyi bir qrup soydaşımızı təltif edib 5 Dekabr 2020, 14:09 Gəncədə COVID-19-a qarşı bu cür mübarizə aparılır 5 Dekabr 2020, 14:00 Daha bir koronaviruslu xəstə ictimai yerdə saxlanıldı 5 Dekabr 2020, 13:54 Xudavəng monastrına vaiz təyin olunub 5 Dekabr 2020, 13:45 Qarabağda Türkiyə ilə xüsusi iqtisadi zona yaradılsın - TƏKLİF 5 Dekabr 2020, 13:32 “Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxdu 5 Dekabr 2020, 13:24 50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı - FOTO 5 Dekabr 2020, 13:16 Şuşa-Turşsu yolu minalardan təmizlənir - VİDEO 5 Dekabr 2020, 13:08 Yaqut Abdullayevanın “Əsgərə məktub”u 5 Dekabr 2020, 13:00 İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb 5 Dekabr 2020, 12:54 “Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək -VİDEO 5 Dekabr 2020, 12:46 Bakıda mənzildən meyit tapıldı 5 Dekabr 2020, 12:38 Paşinyan əsirlərin mübadiləsindən DANIŞDI 5 Dekabr 2020, 12:30 Sabahın hava PROQNOZU 5 Dekabr 2020, 12:24 Ədalət Vəliyev partiya sədrləri ilə görüş keçirdi 5 Dekabr 2020, 12:19 Azərbaycan nefti 50 dollara yaxınlaşır 5 Dekabr 2020, 12:12 Alimlər koronavirusla bağlı populyar mifi təkzib etdi 5 Dekabr 2020, 12:05
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?