Modern.az

Belçikada Natəvanın heykəlinə qarşı vandalizm - FOTO

Belçikada Natəvanın heykəlinə qarşı vandalizm - FOTO

10 Mart 2020, 18:46

Belçikada Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəli uçurulub.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Belçikanın Vaterlo şəhərində XIX əsr Azərbaycanın görkəmli şairi, Qarabağın sonuncu xanımı, Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Natəvanın şərəfinə ucaldılmış abidə sözün əsl mənasında vandalizmə uğrayıb.

 

İddia olunur ki, onun abidəsi ermənilər tərəfindən acınacaqlı vəziyyətə salınıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi