Modern.az

Valideyinlərini itirmiş tələbələrin təhsil xərclərini dövlət ödəyəcək

Valideyinlərini itirmiş tələbələrin təhsil xərclərini dövlət ödəyəcək

16 Mart 2020, 11:23

Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların magistratura xərclərinin dövlətin öz üzərinə götürməsi təklif edilir.

Modern.az-ın məlumatına görə, bu təklif Milli Məclisin Elm və təhsil komitəsində müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna dəyişiklikdə nəzərdə tutulub.

 

Qanunun 14-cü maddəsinə (Təhsil müəssisələri) təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?