Modern.az

Milli Məclis təsdiq etdi - Gigiyena və karantin rejimlərini pozanlara qarşı cərimə və həbs cəzası

Milli Məclis təsdiq etdi - Gigiyena və karantin rejimlərini pozanlara qarşı cərimə və həbs cəzası

Parlament

17 Mart 2020, 13:07

Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik məsələsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

 

Belə ki, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcəklər. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatdək cərimə ediləcəklər. Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.

 

***

 

Cinayət Məcəlləsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması adlı 139-1-ci maddə əlavə olunur.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirə olunub.

 

Əlavəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Layihə səsə qoyularaq qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı