Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu koronavirusla bağlı elan olunmuş karantinlə əlaqədar olaraq bu ölkədə təhsil alan tələbələrimizə dəstə vermək üçün qaynar xətt yaradıb və hər cür kömək etməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov elan edib:
"Xahiş edirik ki, bu məsələ ilə bağlı müraciətlərinizi aşağıdakı telefon nömrəsinə bildirəsiniz.
[email protected] +380 73 200 11 12 qaynar xətt (votsap)
Bu vəziyyətlə bağlı olaraq Azərbaycana dönmək istəyənlər isə Azərbaycanın Ukraynadakı Konsulluğu ilə aşağıdakı telefon nömrəsilə əlaqə saxlaya bilər.
+380 73 505 00 00 qaynar xətt (votsap)".