Arxiv
26 mart 2020, 11:37 | ƏDƏBİYYAT
Pandemiya qarşısında milli duruş: Koronovirus önünə nə ilə və necə çıxırıq?

Əkbər QOŞALI

 
“İnsan insan olur öz hünəriylə, Millət millət olur xeyri-şəriylə”… – Xalq şairi Bəxtiyar Vahabzadənin bu məşhur misraları son günlər tez-tez yadıma düşür. – Yalnız bizim millətin mədəni fəaliyyət iqlimi, coğ­rafiyası deyil, bütövlükdə Yer üzü yeni ayar(lar) qazanır, sanki bil­gisayar kimi “yenidən yüklənir” (formatlanır)… – “COVİD 19”, “korono­virus”, “taclıvirus”, “saçaqlıvirus” və s. adla, sifətlə tanıdılan ümumdünya problemi – pandemiya gündəmin ən əsas mövzusuna çevrilib və görünən odur ki, hələ bir müddət də öz mütləq güncəlliyini saxlayacq.

Nə etməli? – Mümkün olan ən ciddi tədbirlərlə, itkilərimizi mümkün olan ən az səviyyədə saxlamağa nail olmaq! Xəstəlikdə və sağlıqda, yoxuşda və düz yolda, soyuqda və istidə, varlılı­qda və kasıbçılıqda, şərdə və xeyirdə… bir olmaq, həmrəy olmaq xalqımızın xüsusiyyətidir. Hər vətəndaş özü, öz əməli boyda bu mübarizəyə, xeyirə, düz yola, sağlığa… öz xidmətini göstərib, töhfə verməklə HÜNƏR göstərir.

Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışı əsnasında AzTV-yə verdiyi müsahibədə dediyi fikirlər xüsusi diqqət tələb edir. Dövlət başçısının koronovirusla mübarizə mövzusunda dediklərini necə ümumi­ləşdirmək olar?

- Həmrəylik,

- milli birlik,

- sosial məsuliyyət,

- yeni çağırışlara xalq-iqtidar birliyi (inamı) ilə cavab vermək, (bununla da)

- mövcud problemin az itkilərlə həllinə nail olmaq və s.. – Bax, bu amillər yalnız arzu-istək kateqoriyasında deyil, artıq qısa müddətdə fakta çevrilmiş gerçəklik olduğu üçün vətəndaşımızın qürur qaynağına çevrilir. Dövlətin, necə deyərlər, ənənəvi infrastrukturları, o cümlədən dövlət büd­cəsinin xərcləri öz yerində qalmaqla, yeni, çevik qərarların qəbulu respublikamızı pandemiya dönəmində müsbət imiclə önplana çıxarmaqdadır. – Azərbaycan özünəməxsus örnək(lər) yaradır. ASAN Xidmət, DOST Mərkəzi, SƏLİS Xidmət və s. xalqcanlı, milli brendyönlü addımlar koronovirus dönəmində özünəməxsus şəkil almaqdadır. Nazirlər Kabineti yanında Operativ Qə­rargahın yaradılması öz yerində, bunun ardınca, Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edilməsi, Prezidentin ehtiyat fondundan həmin fonda (ilkin olaraq) iyirmi milyon manat ayrılması, habelə, 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə bir milyard manat ayrılması bu planda mövzuya biganə olmayan dünya birliyinin, ilk növbədə, öz ictimaiyyətimizin yüksək təqdirinə layiqdir.

Yeri gəlmişkən, əlbəttə, dövlətimiz güclüdür, yetərincə böyük maliyyə imkanlarına ma­likdir. Bununla belə, Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondununun yaradılmasının milli həmrəyliyi daha da gücləndirdiyi artıq heç kəs üçün sirr deyil, bu gücartırması ilə qürurvericidir və bird aha görürürk ki “millət millət olur xeyri-şəriylə”...

 

Bilirsiz, pande­miyanın (və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğa­lanmaların) respublika iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sa­hibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı görülən işlər də daxil olmaqla, ictimai və dövlətlərarası münasibətlərin yeni məzmununa uyğun olaraq atılan bütün addımlar Azərbaycan Respublikasının öz milli və bəşəri missiyasına tarixi, vicdani baxışı, parlaq re­aksiyasıdır.

 

Daha nələri fərqləndirmək olar? – Dövlət başçısının vurğuladığı kimi,

-bu günə qədər görülmüş işlərin vaxtında (və məhz düzgün!) atılması;

-qəbul edilmiş konkret qərarların, bəlli yol xəritəsinin mövcud durumu gərəkən səviyyədə nə­zarətdə saxlamağa imkan yaratması;

-hətta inkişaf etmiş ölkələrdə belə pandemiyanın çox faciəli sonuclara gətirib çıxarması fonunda

respublikamızın digər ölkələr tərəfindən buraxılan yanlışlıqları təkrarlamaması;

-dövlət tərəfindən məlum istiqamətdə görülmüş işlərin bu çox çətin durumdan çox az itkilərlə çıx­mağa xidmət etməsi və s. gözardı edilə bilməz.

 

Bəli, cənab prezidentin dediyi kimi “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” – Bəs bu gücün əldə edil­məsi, qorunub saxlanması, inkişafı daha hansı faktorlardan asılıdır? –

-Hər bir vətəndaşımız fərdi və sosial məsuliyyətini unutmamalı, yeni ictimai münasibətlər sis­teminə, xüsusi karantin rejiminə könüllü riayət etməlidir;

-Hər bir şüurlu və məsuliyətli şəxsin öz yaxınlarına arxa-dayaq olması, özəlliklə, yaşlı nəslin nüma­yəndələrini,  uşaqları qoruması və bu qəbildən olan digər zəruri məsələlər öncəlik təşkil et­məlidir.

Körpələrin gözündən, yaşlıların əlindən bugünlərdə öpməsək də olar, ancaq onlara diqqət və qayğını azaltmaq olmaz, olmaz!

           

Bu yerdə, elə bilirəm, mütləq diqqət yetirməli olduğmuz bir xüsus da xalqımızın min illərin sügəcindən günümüzə gəlib çıxmış (gələcəkdə də yaşarı olacaq!) adət-ənənələri, milli dəyərləri və dövlət başçımızın bu xüsusa davamlı diqqət yetirərək, dəyərləri dəyərli tutmaqla, örnəklərdən örnək yaratmaqla sərgilədiyi mövqedir. Artıq, haqlı olaraq, yetərincə tirajlanmış (və yalnız son aylara aid) bir sıra örnəkləri yada salmaqla, cənab İlham Əliyevin adət-ənənə, milli dəyərlər mövzusuna sabit baxışını göstərə bilərik:

-Prezident Sarayında şəhid ailələrinin üzvlərini qəbul edərkən, yaşlı şəhid atasına su verməsi, onun oturacağı yerədək qolundan tutması,

-Şamaxıda zəlzələ vaxtı evi dağılmış ixtiyar nənənin əlindən öpməsi,

-BDU-nun 100 illik yubileyində söylədiyi nitqdə gənc nəslə verdiyi tövsiyyələr,

-Tovuz “ASAN Xidmət” Mərkəzinin açılışı zamanı, gənclərlə görüşdə onunçün qoyulmuş fərqli kreslodan imtina edib, adi stul tələb etməsi,

-Neftçala və İsmayıllıya təyin edilmiş yeni icra başçılarını qəbul edərkən Prezidentə daha yaxın stulda daha gənc deyil, ondan yaşca böyük başçının əyləşməsini uyğun görməsi və s… -

Belə misallar bir deyil, beş deyil. – Çünki bu, Prezidentin xarakterindən, dövlət nəzakətindən, dövlətçilik tərbiyəsindən irəli gəlir. Və hazırkı məsul dövrdə də haqlı olaraq, diqqət adət-ən­ənələrimizə, milli dəyərlərə cəlb edilir. –

“Azərbaycan xalqının adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək.

…Könüllülər yaşlı insanların təchizatı ilə bağlı görülən işlərə öz dəstəyini verməlidir.

…Cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə verməlidir.

…Biz həm özümüzə, həm də bütün dünyaya göstərməliyik ki, böyük xalqıq.

…Qısa müddət ərzində Fondda 60 milyon manat yığılması xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu göstərir.” – bunlar dövlət başçımızın sözləridir – öyrədən, yol­göstərən sözlər..!

 

Nəhayət, bütün əməli fəaliyyət sahələrinin mənsublarına sayğımız öz yerində, ancaq son gün­lər həkimlərimizin koronovirusun yayılmasının qarşısının alınmasında, xəstələrin müali­cəsində fədakarlıq göstərdiyini deməli, şükranlığımızı yetirməliyik. Bununçün Prezidentin martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan yaşayış kompleksinin açılışı vaxtı dövlət televiziyasına verdiyi müsa­hibədə dediyi bu sözləri xatırlatmaq istərdim: “Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər”.

Bəlli olduğu kimi, xəstələrə qulluq edən həkimlərin maddi durumunun yaxşılaşdı­rılması və onların əməyinə layiqli qiymət verilməsi dövlətin, şəxsən dövlət başçımızın  diqqətindədir, onların əməkhaqlarının artırılması məsələsi öz həllini tapıb və maaşın 3-5 misli qədər ödəniş alacaqlar. El sözü ilə desək, ana südü kimi ha­lal­larıdır!

Həkimlərimizin titanic çalışmaları, Prezidentin bu fəaliyyəti böyük qəhrəmanlıq kimi qiymətləndirməsi özlüyündə biz həkim olmayan vətəndaşları həkimlərimizə mənəvi dəstək ol­mağa bir ça­ğırışdır.  

Ağxalatlılarımızın günləri də ağ, işləri avand olsun!

Həkimlərimizin virusdan qorudğu vətəndaşalrımıza, bütövlükdə xalqımıza möhkəm can sağlığı diləyirəm!

Dövlətimiz zaval görməsin!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda tikinti materialları bazarında yanğın başlayıb 2 Aprel 2020, 00:57 Bakıda qəza törədən sürücü qaçıb 2 Aprel 2020, 00:45 Koronavirus bu şəxsə bir ayda 4 milyard dollar qazandırdı - Foto 2 Aprel 2020, 00:26 Kəlbəcərsizliyin 27 ili  2 Aprel 2020, 00:08 Ordumuzun Aprel zəfərindən 4 il ötür 2 Aprel 2020, 00:01 Dünyada koronavirusa yoluxanların sayı milyona çatır 1 Aprel 2020, 23:47 Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA #evdəqal SÖHBƏTİ 1 Aprel 2020, 23:35 Bakıda ağır yol qəzası: yaralı var 1 Aprel 2020, 23:17 Fransada daha 509 nəfər koronavirusdan öldü 1 Aprel 2020, 23:02 Koronavirus hava ilə yayıla bilir - VİDEO 1 Aprel 2020, 22:44 Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni müzakirə etdi 1 Aprel 2020, 22:29 UEFA klublara əlavə vaxt verir 1 Aprel 2020, 22:15 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb 1 Aprel 2020, 22:03 Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdü 1 Aprel 2020, 21:49 Türkiyədə daha 2 148 nəfər koronavirusa yoluxdu 1 Aprel 2020, 21:38 Bu şəxslərə aylıq 250 manat mükafat veriləcək - RƏSMİ 1 Aprel 2020, 21:17 Gəncədə karantin rejimini pozan sakinlər cərimələndi 1 Aprel 2020, 21:03 İtaliyada daha 727 nəfər koronavirusdan ölüb 1 Aprel 2020, 20:48 Dövlət dili normalarını pozanlar bu qədər CƏRİMƏLƏNƏCƏK 1 Aprel 2020, 20:35 100 il əvvəl QARABAĞ necə azad olundu - Xosrov bəy Sultanovu bir daha tanıyaq 1 Aprel 2020, 20:19 Sumqayıtda karantin rejimini pozan yüzə yaxın şəxs cərimələndi 1 Aprel 2020, 20:01 Aqil Abbas haqqı 1 Aprel 2020, 19:56 ÜST-ün Baş direktorundan İlham Əliyevə: Azərbaycan müsbət bir nümunədir 1 Aprel 2020, 19:37 Çempionlar Liqasının yarımçıq qalan oyunları bu ayda başlayacaq 1 Aprel 2020, 19:18 Deputatlar onlayn iclas keçirdilər - FOTO 1 Aprel 2020, 19:06 Gənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADI 1 Aprel 2020, 18:42 Millət vəkili pandemiya ilə bağlı veriləcək imtiyaz və güzəştlərdən DANIŞDI 1 Aprel 2020, 18:40 Milli Məclisin daha bir komitəsi onlayn iclas keçirib 1 Aprel 2020, 18:32 Dolların sabaha olan MƏZƏNNƏSİ 1 Aprel 2020, 18:23 Bakıda xüsusi karantin rejimini pozan daha bir obyekt cərimələndi 1 Aprel 2020, 18:23 Ombudsmandan əlillərlə bağlı vacib MÜRACİƏT 1 Aprel 2020, 18:17 “Qoy Uca Tanrı Azərbaycan xalqını qorusun!” - Mehriban Əliyeva 1 Aprel 2020, 18:09 Avrokuboklar və milli çempionatlar iyulda bərpa oluna bilər 1 Aprel 2020, 18:00 Sahibkarlara, məşğulluğun təmin edilməsinə ciddi güzəştlərin tədbiqi nəzərdə tutulub 1 Aprel 2020, 17:55 Deputatdan TƏKLİF: “Karantin dövründə mobil bankomatlar yaradılsın” 1 Aprel 2020, 17:50