Arxiv
26 mart 2020, 12:04 | ƏDƏBİYYAT
“Siyasətçi Səyyad Aran yazıçı Səyyad Aranın axırına çıxıb” - MÜSAHİBƏ

Modern.az saytı tanınmış jurnalist Səfurə Çərkəzqızının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini  Səyyad Aranla illər öncə qələmə aldığı müsahibəsini təqdim edir. İndiyədək internet mediada yayımlanmayan müsahibədə müəllim, jurnalist...nəhayət, siyasətçi Səyyad Aranın fəaliyyətindən bəhs olunur.

***

Komsomol, müəllim, jurnalist...nəhayət, siyasətçi


Səyyad Aran deyəndə ilk ağlınıza gələn, yəqin ki, siyasət olur. Amma o, təkcə siyasilərə məxsus qanunlarla yaşamır. Həm də yaradıcı insandı. Yazı-pozuya ehtiyacı var. Özü də necə...


- Siyasiliyinizi kənara qoysaq, Səyyad Aran kimdi?


- Müəllim. İxtisasca filoloqam. Yəni  Azərbaycan dili və ədəbiyyat müəllimi. Məncə, müəllim dünyanın ən şərəfli, lazımlı sənətidi.


- İşdi, siyasətdən uzaqlaşsaz, qayıdarsız o sənətə?


- Əlbəttə. Həm də yazı-pozuyla  məşğul olaram.


- İnsan hansı missiyanı yerinə yetirirsə, yetirsin, həyatdan nəsə bir umacağı, deyəcəyi var. Sizinki nədi?


- Bütün həyatım boyu gördüyüm işi vicdanla yerinə yetirmişəm. Bu, ən böyük umacağım olub. Uşaqlığımda cürbəcür arzularla yaşamışam. Gah hüquqşünas olmaq istəmişəm, gah jurnalist. Jurnalist olmaq arzusu daha şiddətliydi.  Amma bu arzuma gəncliyimdə yox, 40 yaşımda çatmışam.


- Niyə belə gec?


- Nə bilim, belə alındı. 1991-ci ildə İmişlidən Bakıya köçdüm. “Elm” qəzetində jurnalist kimi işə başladım. Axır ki, arzuma yetdim. Sonra da hüquq fakültəsini oxuyub qurtardım. Bu sənət mənə Milli Məclisdə qanunların qəbulunda, şərhində düzgün, doğru yol tutmaqçün lazımıydı. Amma bu gün də məni çoxları jurnalist kimi tanıyır. Əvvəllərsə müəllim işləmişəm. Deyilənə görə, müəllim kimi az şöhrət qazanmamışam.  26 yaşımda  “Ən yaxşı komsomolçu müəllim” adını almışam. Çoxlu fəxri diplomlarım var. O vaxt şagirdlərim teatr müsabiqələrində, respublika olimpiadalarında ədəbiyyatdan, yaradıcılıqdan yüksək yer tutublar. 1975-ci il, mart ayının 20-də rayonda ədəbiyyat gecəsi keçirdim. Böyük sensasiya doğurdu. Hər sinfin kapitanı, bayrağı, mahnısı...KVN tipində hazırlamışdım. Əslində, Moskvanın verilişlərinə baxıb, ssenarini ordan götürmüşdüm. Həmin gecəyə rayon partiya komitəsindən,  komsomoldan çoxlu adamlar gəlmişdi. Sözüm odu ki, həmişə yaxşı müəllim olmaq istəmişəm. Məncə, buna nail olmuşam da. Sonra sürətlə irəlilədim. Müəllim Komsomol Təşkilat katibi, tərbiyə işləri üzrə direktor müavini, 1990-cı ildəsə Rayon Xalq Təhsil Şöbəsinin  müdiri vəzifəsində işlədim. Sonrakı həyatımsa məlumdu: jurnalistika və siyasət.


- Jurnalistikadan təmənnanız nə idi?


- Çalışırdım ki, özüməməxsus söz deyim.  1992-94-cü illərdə çıxan  “Səs” qəzetinin nömrələrinə baxsaz, bunun şahidi olarsız.


- Sonra niyə siyasəti seçdiz? Demək istədikləriniz artıq qəzet səhifələrinə sığmırdı,  yoxsa başqa səbəb vardı?


- Nail ola-ola gəldim, müəyyən müddətdən sonra siyasətə qoşuldum. Bunun əsl səbəbisə rayondakı tədbirlər oldu. O vaxt ermənilərə qarşı xalq hərəkatı başlamışdı. Mən də hərdən o tədbirlərdə iştirak eləyirdim.


- Sizcə, müəllim kimi daha çox fayda verə bilərdiz, ya siyasətçi?


- Bu, şəraitdən və zamandan asılıdır. İndi də şagirdlərim məni görəndə deyirlər ki, kaş yenə o günlər olaydı. Bizimçün maraqlı tədbirlər hazırlayardız, inşalar yazdıraydız. Amma müəllimlik dövrü bitdi.  Siyasi fəaliyyətimsə hələ davam edir. Ona görə də qiymət vermək çox tezdi.


- Siyasət və bədii yaradıcılıq...Bəs bunlar bir insanda necə qərar tutur?


- Siyasətçi Səyyad Aran 1991-ci ildən yazıçı Səyyad Aranın axırına çıxıb. Sonuncu povestimi –“Təmizlik kağızı”nı da elə o ildə yazmışam. Ondan bu yana bədii yaradıcılıqla məşğul olmuram.


- Heç ehtiyac da duymursuz?


- Ölürəm yazmaqdan ötrü! Ürəyim elə dolub ki, bir himə bənddi. Bununçün vaxt və şərait lazımdı. Mən yazanda tənha olmağı sevirəm. Kimsə gəlib, məndən bir söz belə soruşmasın. Hətta yaxşı mənada da. Kimsə öz nəvazişini də göstərməsin. Tək-tənha öz qəhrəmanımla baş-başa qalım. Bax onda yaza bilərəm. Bir də  hansısa  jestdən, hisdən, baxışdan,  məlul duruşdan yarana bilər yazılarım.


- Onda belə nəticə çıxarmaq olarmı  ki, 1991-ci ildən bu yana sizə yaradıcılıq ruhu  verəcək bir şey yaşamamısız? 


- Yox, impulslar olub. Amma oturub yazmağa şərait, vaxt yoxdu. Başqa vacib işlər var.


- Daxilinizin duyğu qəbiristanlığına çevrildiyinə təəssüflənmirsiz?


- Yox, onlar ölməyiblər. Diridilər. Hamısı içimdədi. Sadəcə, indiki fəaliyyətimi dövr və zamançün daha mühüm sayıram.


- Deməli, məqam gözləyirsiz?


- Əslində, burda vaxt daha həlledicidi.


- Şeir də yazırdız?


- Çoxdandı yazmıram. İlk şeirim 8-ci sinifdə oxuyanda çap olunub.


- Yəqin sevgidəniydi?


- Çox maraqlıdı ki, yox! Müharibədə itkin düşmüş  böyük dayım haqqında yazmışdım. Nənəmin iztirablarını vermişdim.


- Yaradıcılığınızda da siyasət var?


- Yox. Yaradıcılıqla məşğul olanda siyasətdən uzaq idim. Orda kənd həyatıdı. Ədalətsizliyə, haqsızlığa bir etiraz var.


- Bəs siyasətə yaradıcılığınızdan nələrsə gətirmisiz?  


- Çıxışlarımda yazıçılığımdan, filoloqluğumdan nəsə var. Obrazlılıq, bədii ifadə...


- Mahiyyətində?


- Hər halda, burda siyasət əsas vurğudu. Siyasət siyasi məqamların ifadəsidi. Amma bu məqamlar bədii və obrazlı şəkildə də olur...


- Siyasətdə loyal mövqeyi ilə seçilən Səyyad Aran evdə-eşikdə, dost-tanış arasında necədi?


- Evdə bir qədər ciddiyəm. Başqalarıyla  münasibətdəsə səmimi, mehribanam.  Amma mənə qarşı kəskin davranan adamlara öz fikrimi bildirməyi də bacarıram. Kimdənsə xoşum gəlmirsə, onun təbiiliyinə, səmimiyyətinə şübhəm varsa, həmin adamın qəlbində ilan balaladığını duyuramsa, o adamla münasibəti qurtarıram. Ümumiyyətlə, təbiətən mülayim, mehribanam. Heç kimin qəlbinə dəymək istəmərəm.


- Ən çox nədən əsəbiləşirsiz?


- Ədabazlıqdan...

2001

Səfurə Çərkəzqızı
“Sevdalılar"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident karantin rejimini pozdu - FOTO 4 İyun 2020, 01:01 “Yoluxmaların artması həftə sonu sərt karantin rejiminin tətbiqini zəruri edir” - Rəşad Mahmudov 4 İyun 2020, 00:47 Cəlilabadda qohumu 44 yaşlı qadını döydü 4 İyun 2020, 00:33 Təhsil Nazirliyi saxlanılan tələbələrin görüntülərini yaydı - VİDEO 4 İyun 2020, 00:26 “Keşikçidağ”da təxribat törədiləcəyi barədə məlumatlar əldə olunub” - DSX 4 İyun 2020, 00:11 Azərbaycanda zəlzələ oldu 3 İyun 2020, 23:56 Fransada COVİD-19 qurbanlarının sayı 30 minə çatdı 3 İyun 2020, 23:45 İqbal Ağazadədən Şuşa ilə bağlı VİDEOMÜRACİƏT 3 İyun 2020, 23:29 Tramp tibbi müayinədən keçdi 3 İyun 2020, 23:14 Aeroport yolunda avtobus partladı - VİDEO 3 İyun 2020, 23:01 Komendant saatının vaxtı uzadıldı 3 İyun 2020, 22:47 Kompüterin bakılı çempion üzərində qələbəsi - VİDEO 3 İyun 2020, 22:34 Qaxa dolu yağdı 3 İyun 2020, 22:20 Qazaxıstan tədricən latın əlifbasına keçir 3 İyun 2020, 22:08 Türkiyədə koronavirusdan ölənlərin sayı 4 609-a çatıb 3 İyun 2020, 21:57 Əhliman Əmiraslanov Saatlıda seçiciləri qəbul edib - FOTO 3 İyun 2020, 21:45 Başına 1 milyon pul qoyulan terrorçu Türkiyədə yaxalandı 3 İyun 2020, 21:33 “Avropa Şurası anti-Azərbaycan mövqedədir” - İlham Əliyev 3 İyun 2020, 21:24 Prezident İlham Əliyev Ağdamda hərbi hissədə olub - YENİLƏNİB 3 İyun 2020, 21:09 Belarus hökuməti istefaya göndərildi 3 İyun 2020, 20:57 “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 3 İyun 2020, 20:44 “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb” - Prezident 3 İyun 2020, 20:35 Qadağalar bəzi kəndləri də əhatə edəcək   3 İyun 2020, 20:24 Neftçalada ağır qəza: xəsarət alanlar var 3 İyun 2020, 20:10 Operativ Qərargah mətbuata da məhdudiyyət qoyacaq 3 İyun 2020, 20:06 Sərhədlər nə vaxt açılacaq? - Operativ Qərargah AÇIQLADI 3 İyun 2020, 19:59 İmtahanların vaxtı dəyişdirilə bilər 3 İyun 2020, 19:57 Azərbaycanda işsizlərə yenidən 190 manat verilə bilər 3 İyun 2020, 19:53 Dövlət qurumlarında çalışanlar 3 növbədə işdən buraxılacaq 3 İyun 2020, 19:51 Qaydalara əməl edilmədikcə, sərtləşdirmə davam edəcək - İbrahim Məmmədov 3 İyun 2020, 19:46 Baş Nazir sabah qərar verəcək 3 İyun 2020, 19:42 Kifayət qədər maska ehtiyatımız var - RƏSMİ 3 İyun 2020, 19:38 Metroda xuliqanlıq edən 5 nəfərə cinayət işi AÇILDI 3 İyun 2020, 19:37 Test nəticəsi pozitiv çıxanlar xəstəxanalara yerləşdirilir - TƏBİB sədri 3 İyun 2020, 19:36 Karantin rejimində yeni QADAĞALAR - SMS icazə geri qayıdır 3 İyun 2020, 19:32