Arxiv
26 mart 2020, 16:55 | AKTUAL
“Bizim də Qatqımız Olsun”

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Gənclər Birliyinin və Azərbaycan Neft və Sənaye Universitetinin bir qrup fəal tələbə gəncləri hökümətin koronavirusla mübarizəsində fəal iştirak etmək məqsədilə “Bizim də Qatqımız Olsun” online Aksiyaya start verdilər.

 

Modern.az xəbər verir ki, partiyanın 10-a yaxın gənc fəalı Koronavirusa qarşı mübarizə ilə bağlı Hökumətin, eləcə də Operativ Qərargahın qəbul etdiyi bütün qaydalara riəyyət etməklə təqaüdlərinin çox cüzi hissəsini banka gedərək (1 AZN) Koronavirusa qarşı Mübarizəyə Dəstək Fonduna keçirmiş və ölkədəki bütün gəncləri, xüsusilə də Partiyanın üzvü olan fəal tələbə gəncləri bu aksiyaya qoşulmağa çağırıblar.

 

Layihənin rəhbəri YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, ADNSU-nun dokturantı Salman Salmanov keçirdikləri online Aksiyada YAP-ın bütün gənclərinə xüsusən də, bütün tələbə gənclərə müraciət edib. O, qeyd edib ki, bütün insanlığın, bəşəriyyətin,dünyanın 200-ə yaxın dövlətinin qlobal təhlükə ilə üzbəüz olduğu dövrdə gənclər kənarda qala bilməz, əksinə gənclər bu mübarizədə fəal mövqe göstərməlidirlər. Belə ki, ən müasir mikroskopla görünən bu virus nə güclü, nə də zəif dövlət, nə zəngin, nə yoxsul tanıyır... Nə yaşlı, nə gənc,nə sağlam və ya xəstə bilir, hər şey və hər kəs risk altında, təhlükədə.

 

Salman Salmanov müraciətində Birinci Vitse Prezident möhtərəm Mehriban xanım Əliyevanın "...Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər" sözlərini xatırladaraq, bu pandemiyanın gedişat tendensiyasının hələ də sual altında olmasını vurğulayib.

Qeyd edib ki, baxmayaraq, ölkədə də bu xəstəlikdən maksimum qorunmaq və minimum itki üçün dövlət bütün güc və imkanıarını səfərbər etmişdir,biz gənclər Azərbaycan Prezidentinin rəhbərliyi ilə hökumətin bu mübarizəsində onun yanında olmalı, çox məsuliyyətlə bu mübarizənin fəal iştirakçısı olmalıyıq Bugün gənclərin də ölkə əhalisinin fərqli təbəqələrinin bu mübarizəyə dəstək verənləri çərgəsində olması da təbiidir. Biz gənclər çox gözəl anlayırıq ki, bugün bu mübarizə və mücadilə millətimizin, xalqımızın,dövlətimizin və gələcəyimizin qorunması naminədir. Mən ADNSU-nun əməkdaşı və YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sədri kimi qeyd etmək istərdim ki, baxmayaraq ki, Azərbaycan Respublikasının sərəncamı ilə yaradılan Koronavirusla Mübarizə Fonduna bir çox təşkilatlar kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Yeni Azərbaycan Partiyası və onun rayon təşkilatlarının əməkdaşları da vəsait keçirmişdir, bu nəcib kampaniyada bütün gənclər xüsusilə də tələbə gənclər öz qatqılarını verməlidir. Çünki bu vətənin də, bu dövlətin də gələcək sahibləri biz gənclərik.

Online Aksiyanın sonunda bir daha Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşı və YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sədri Salman Salmanov koronavirus epidemiyasının ölkəmizdə bitənədək, online Aksiyanın davam edəcəyinə, bütün tələbə gənclərin bu işə qoşulmalarına çalışacaqları bildirdi və YAP üzvü olan bütün tələbə gənclərə “Biz Qoşulduq”, “Sən də Qoşul” sloqanları ilə çağırış etdi. Qeyd: ADNSU və YAP-ın Nəsimi rayon təşkilatı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz töhfələrini artıq verimiş və Aksiya davam edir

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib 28 Yanvar 2021, 17:14 Azərbaycan “quş qripi”nə görə riskli ölkələr sırasındadır 28 Yanvar 2021, 17:08 Darxan Kıdırəli Qırğızıstanın yeni prezidentinin andiçməsində... 28 Yanvar 2021, 17:02 Yoluxma azaldı - 8 nəfər öldü 28 Yanvar 2021, 16:56 Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi 28 Yanvar 2021, 16:50 Tərtərdə traktorçu MİNAYA DÜŞDÜ 28 Yanvar 2021, 16:45 Yerevanda Paşinyanın istefası tələbilə aksiya keçirilir 28 Yanvar 2021, 16:40 Diaspora Dəstək Fondu təlimlərə başlayır 28 Yanvar 2021, 16:36 Bakıda daha bir erməni terrorçuya cinayət işi açıldı 28 Yanvar 2021, 16:30 YAP “Vahid Rusiya” Partiyasına ETİRAZ ETDİ 28 Yanvar 2021, 16:24 Türkiyəli deputatlar Ermənistanın ərazi iddiasına GÜLDÜLƏR 28 Yanvar 2021, 16:18 İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA 28 Yanvar 2021, 16:12 Publisist Ənvər Börüsoy vəfat etdi 28 Yanvar 2021, 16:06 Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Babək prospektində piyadanı maşın vurub 28 Yanvar 2021, 15:55 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozan dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04