Modern.az

Diaspor Komitəsindən təbrik: Tez bir zamanda sağalmağınızı arzulayırıq

Diaspor Komitəsindən təbrik: Tez bir zamanda sağalmağınızı arzulayırıq

27 Mart 2020, 16:28

Bu gün Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın doğum günüdür.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Mirvari Fətəliyevaya təbrik məktubu göndərib.

 

Modern. az təbrik məktubunu təqdim edir:

 

Hörmətli Mirvari xanım, Sizi doğum gününüz münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi adından səmimi qəlbdən təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

 

Fransada doğma Vətənimizin zəngin mənəvi, intellektual potensiala, qədim tarixə və mədəniyyətə malik bir ölkə kimi tanıdılmasında Sizin xüsusi xidmətləriniz var.

 

Təəssüf hissi ilə qeyd edirik ki, dünyanı cənginə almış koronavirus böhranı Sizdən də yan keçmədi. Bu ağır günlərinizdə Dövlət Komitəsi adından Sizə şəfa diləyir, tez bir zamanda sağlamlığınıza qovuşmağı arzu edirik. Bir daha Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı sahəsində gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...