Arxiv
28 mart 2020, 14:39 | AKTUAL
Koronavirusa görə 56 qrant layihəsinin təyinatı dəyişdirildi - AZƏRBAYCANDA

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev QHT-lərə və birgə qrant müsabiqəsi keçirdiyi qurumlara müraciət edib.
 

Modern.az  xəbər verir ki, müraciətin mətnində deyilir:
 
Hörmətli QHT nümayəndələri və tərəfdaş qurumlar,
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün növbəti mühüm təşəbbüslə çıxış etməyə qərar verib.
 
Belə ki, Şura müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi (bu ilin martın 5-də nəticələr elan olunub) aşağıdakı 9 qrant müsabiqələrinin qalibi olan 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edir:
 

Səhiyyə Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə qeyri-infeksion xəstəliklərə dair əhalinin maarifləndirilməsi, Antibiotiklərə qarşı rezistentlik mövzusunda əhalinin maarifləndirilməsi, Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS), virus hepatitlerinin və cinsi yolla keçən infeksiyaların yayılmasının qarşısının alınması və ondan qorunma yolları barədə maarifləndirmə tədbirlərinin təşkili;
 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə regionlarda əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə ictimai yerlərdə ətraf mühitə tullantıların atılmasının qarşısının alınması;
 

İctimai Televiziya (İTV) ilə birgə keçirilən qrant müsabiqə üzrə ətraf mühitin qorunmasına həsr olunan sosial çarxların hazırlanması;
 

Təhsil Nazirliyi ilə birgə keçirilən qrant müsabiqə üzrə tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili;
 

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirilən qrant müsabiqə üzrə gənc ailələrə psixoloji yardımın göstərilməsi;
 

Bakı Nəqliyyat Agentliyi ilə birgə keçirilən qrant müsabiqə üzrə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili, İctimai nəqliyyatda davranış qaydalarının təşviqi, yol-nəqliyyat hadisələrində ilkin tibbi yardımın göstərilməsi ilə bağlı maarifləndirmə işinin təşkili;
 

Dövlət Miqrasiya Xidməti ilə birgə keçirilən qrant müsabiqəsi üzrə Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının dəstəklənməsi;
 

Sosial Tədqiqatlar Mərkəzi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması, sosial-iqtisadi islahatlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair təhlillərin hazırlanması və monitorinqlərin həyata keçirilməsi mövzusunda olan layihələr.
 
Şura bu istiqamətlər üzrə qalib olmuş layihələr çərçivəsində görüləcək işin və nəzərdə tutulan fəaliyyət planının tam olaraq koronavirusla mübarizə tədbirlərinə dəyişməyin mümkünlüyü qənaətində olsa da, bu dəyişikliyin tərəfdaş qurumlar və QHT-lər tərəfindən könüllü olaraq həyata keçirilməsini vacib hesab edir.
 
Ona görə də Şura Katibliyinin əməkdaşları təklif olunan dəyişiklikləri müvafiq dövlət qurumları və QHT-lərlə onlayn qaydada razılaşdırdıqdan sonra onlarla müqavilə sənədlərinin hazırlanması və imzalanması prosesinə başlayacaq.
 
Ümid edirəm ki, həm QHT-lər, həm də tərəfdaş qurumlar ölkəmizi ciddi şəkildə təhdid edən Koronavirusla mübarizəyə bütün resursların səfərbər olunması məqsədilə Şuranın qəbul etdiyi bu vacib qərarı anlayışla qarşılayacaq, onu dəstəkləyəcək, xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ekspertlərin Milli Məclisin Elm və təhsil komitəsində kimlərdən umacağı var? 4 İyun 2020, 09:02 "WhatsApp"da yeni fırıldaqçı sxem AŞKARLANDI 4 İyun 2020, 08:55 Deputat: “Kadr islahatlarını istəməyən qüvvələr var” - MÜSAHİBƏ 4 İyun 2020, 08:45 Alimlər böyrək yetişdirdilər - yeni kəş 4 İyun 2020, 08:34 Rus olmağın fəziləti - Müğənnilər toysuz, mollalar yassız qalıb... 4 İyun 2020, 08:20 Oqtay Əsədovla Fəttah Heydərovun iclaslara gəlməməsi Milli Məclisdə narazılıq doğurub? - AÇIQLAMA 4 İyun 2020, 08:09 Prezident karantin rejimini pozdu - FOTO 4 İyun 2020, 01:01 “Yoluxmaların artması həftə sonu sərt karantin rejiminin tətbiqini zəruri edir” - Rəşad Mahmudov 4 İyun 2020, 00:47 Cəlilabadda qohumu 44 yaşlı qadını döydü 4 İyun 2020, 00:33 Təhsil Nazirliyi saxlanılan tələbələrin görüntülərini yaydı - VİDEO 4 İyun 2020, 00:26 “Keşikçidağ”da təxribat törədiləcəyi barədə məlumatlar əldə olunub” - DSX 4 İyun 2020, 00:11 Azərbaycanda zəlzələ oldu 3 İyun 2020, 23:56 Fransada COVİD-19 qurbanlarının sayı 30 minə çatdı 3 İyun 2020, 23:45 İqbal Ağazadədən Şuşa ilə bağlı VİDEOMÜRACİƏT 3 İyun 2020, 23:29 Tramp tibbi müayinədən keçdi 3 İyun 2020, 23:14 Aeroport yolunda avtobus partladı - VİDEO 3 İyun 2020, 23:01 Komendant saatının vaxtı uzadıldı 3 İyun 2020, 22:47 Kompüterin bakılı çempion üzərində qələbəsi - VİDEO 3 İyun 2020, 22:34 Qaxa dolu yağdı 3 İyun 2020, 22:20 Qazaxıstan tədricən latın əlifbasına keçir 3 İyun 2020, 22:08 Türkiyədə koronavirusdan ölənlərin sayı 4 609-a çatıb 3 İyun 2020, 21:57 Əhliman Əmiraslanov Saatlıda seçiciləri qəbul edib - FOTO 3 İyun 2020, 21:45 Başına 1 milyon pul qoyulan terrorçu Türkiyədə yaxalandı 3 İyun 2020, 21:33 “Avropa Şurası anti-Azərbaycan mövqedədir” - İlham Əliyev 3 İyun 2020, 21:24 Prezident İlham Əliyev Ağdamda hərbi hissədə olub - YENİLƏNİB 3 İyun 2020, 21:09 Belarus hökuməti istefaya göndərildi 3 İyun 2020, 20:57 “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 3 İyun 2020, 20:44 “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb” - Prezident 3 İyun 2020, 20:35 Qadağalar bəzi kəndləri də əhatə edəcək   3 İyun 2020, 20:24 Neftçalada ağır qəza: xəsarət alanlar var 3 İyun 2020, 20:10 Operativ Qərargah mətbuata da məhdudiyyət qoyacaq 3 İyun 2020, 20:06 Sərhədlər nə vaxt açılacaq? - Operativ Qərargah AÇIQLADI 3 İyun 2020, 19:59 İmtahanların vaxtı dəyişdirilə bilər 3 İyun 2020, 19:57 Azərbaycanda işsizlərə yenidən 190 manat verilə bilər 3 İyun 2020, 19:53 Dövlət qurumlarında çalışanlar 3 növbədə işdən buraxılacaq 3 İyun 2020, 19:51