Modern.az

Növbəyə gedən və qayıdan dənizçilər karantinə alınır - Gəmi kapitanı

Növbəyə gedən və qayıdan dənizçilər karantinə alınır - Gəmi kapitanı

29 Mart 2020, 14:13

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi (DHM İB) bəşəriyyət üçün qorxunc bəlaya çevrilən koronavirus adlı kabusun cəngindən xilas olmaq üçün bütün insanları ehtiyatlı olmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə birliyin sədri, ADXG QSC Xəzər Dəniz Neft Donanması İdarəsinin gəmi kapitanı, şair, Prezident təqaüdçisi Faiq Balabəyli məlumat verib.

 

“DHM İB olaraq ümumbəşəri bəlanın sərhədləri aşaraq insanlarımız, iqtisadiyyatımız üçün təhlükə yatatmasından dolayı narahatıq. Azərbaycan hakimiyyətinin, həkimlərimizin bu yolda etdiyi fədəkarlığı və işbirliyini dəstəkləyirik və insanlarımızı həmrəyliyə çağırırıq. Bu bir imtahandır. Gələcəyimiz, sabahımız uğrunda çarpışmadır və bu savaşda birgə müqavimət göstərməliyik. Dövlətimizin bu bəladan qurtulmağımız, minimum itkiylə çıxmağımız üçün yürütdüyü siyasət və cəmiyyətə etdiyi tövsiyyələrə laqeyd qalmamalıyıq. Bu gün həkimlərin dəyərli məsləhətlərinə diqqət kəsilib, deyilənlərə əməl etmək ümumi bəladan itkisiz qurtarmağımıza kömək edər. DHM İB bu istiqamətdə ADXG QSC-nin atdığı əməli addımları təqdirəlayiq hesab edir. Növbəyə gedən və növbədən qayıdan dənizçilərin karantinə cəlb olunmaları və sağlam şəkildə həyatımızı davam etdirmək istiqamətindəki əməli işlərini qənaətbəxş qiymətləndiririk. İnsanlarımızın gərək olmadan evdən, dənizçilərimizin isə iş yerlərindən, gəmilərdən bayıra çıxmamasını təqdir edirik. Biz ancaq bu yolla amansız bəladan qurtula bilərik”, - deyə gəmi kapitanı bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir