Modern.az

Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi

Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi

29 Mart 2020, 14:32

Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronovirus infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır.

 

Bu barədə Modern.az Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, parlamentdə idarəetmə artıq stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Milli Məclis rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament aparatının və işlər idarəsinin məsul vəzifəli şəxsləri arasında informasıya mübadiləsi internet üzərindən uğurla həyata keçirilir.

 

Bu gün - martın 29-da Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilib. Videokonfransda martın 30-da keçiriləcək plenar iclasın gündəliyi və cari məsələlər müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır