Modern.az

WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur

“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur

29 Mart 2020, 15:18

Dünyada 2 milyarddan çox istifadəçisi olan populyar mesajlaşma tətbiqi “WhatsApp” internet istifadəsinin artması səbəbi ilə serverlərdə yaşanan sıxlığı azaltmaq üçün videoların yerləşdirilməsinə məhdudiyyət qoyacaq.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra mesajlaşma tətbiqinə 15 saniyədən uzun olan video yükləmək mümkün olmayacaq.

 

Qeyd edək ki, hazırda Hindistanda tətbiq olunan məhdudiyyət tezliklə “WhatsApp”ın fəaliyyət göstərdiyi bütün ölkələrdə tətbiq edilməsi gözlənilir.

 

Xatırladaq ki, daha öncə “WhatsApp”a yüklənən videonun müddəti 30 saniyə idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır