Modern.az

İspaniyada daha 546 şəxs virusdan öldü - Hökumət karantin rejimini sərtləşdirdi

İspaniyada daha 546 şəxs virusdan öldü - Hökumət karantin rejimini sərtləşdirdi

Dünya

29 Mart 2020, 17:37

İspaniyada koronavirusa (COVİD-19) yoluxanların sayı durmadan artır.

 

Modern.az İspaniya mətbuatına istinadla xəbər verir ki, Bakı vaxtilə saat 17:00-a olan məlumata əsasən ölkədə bu gün 5,562 nəfərdə sözügedən virus aşkarlanıb, 546 nəfər isə həyatdan köçüb. 

 

Digər məlumata görə, İspaniya hökuməti koronavirus pandemiyası ilə bağlı elan olunan karantinin şərtlərini sərtləşdirir.

 

İspaniyanın Baş naziri Pedro Sançes bəyan edib ki, martın 30-dan aprelin 9-dək bir çox müəssisələrin işçiləri əməkhaqları saxlanılmaq şərti ilə evdə qalmalıdırlar.  

Bu tədbirin köməyi ilə İspaniyanın hakimiyyət orqanları vətəndaşların hərəkətini maksimal dərəcədə məhdudlaşdırmaq və COVID-19 virusunun yayılmasının qarşısını almaq niyyətindədirlər.

Ümummilli karantin rejiminin tətbiqi barədə Fərmanda işlək vəziyyətdə qala biləcək fəaliyyət növlərinin siyahısı sadalanıb. Pərakəndə satışla məşğul olan ərzaq, ilkin tələbat məhsulları mağazaları, apteklər, dəftərxana ləvazimatları mağazaları, yanacaqdoldurma stansiyaları, xəbər agentlikləri, telekommunikasiya xidmətləri şirkətləri, poçt şöbələri, kimyəvi təmizləmə məntəqələri və camaşırxanaların fəaliyyətinə icazə verilib.

"İspaniya ən ağır, ən kədərli və acı anlarını yaşayır. Virus bizə amansız zərbələr endirir. Bu savaşın getdikcə şiddətləndiyi, təhlükənin daha da yaxınlaşdığı bir vaxtda sayıqlığı itirməmək, mübarizəni gücləndirmək lazımdır", - deyə Pedro Sançes bəyan edib.

 

Qeyd edək ki, İspaniyada COVİD-19-a yoluxanların sayı 78,797, ölənlərin sayı isə 6,528 nəfərdir.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...