Modern.az

“NEON MMC” Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırdı

“NEON MMC” Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırdı

31 Mart 2020, 14:12

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına müvafiq olaraq Koronavirusa qarşı mübarizə fondu yaradılmış,  Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun rəhbərliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyət göstərir . Eyni zamanda  Azərbaycan Respublikasının Birinci vitse -prezidenti  Mehriban xanım  Əliyevanın rəhbərliyi altında Koronavirusa  qarşı mübarizə məqsədilə  silsilə tədbirlər həyata keçirilir.

 

Modern.az xəbər verir ki, bütün bu fəaliyyətin vacibliyini, dövlətimiz və xalqımız üçün əhəməyyətini nəzərə alaraq, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna “NEON  MMC” Məhdud Məsuliyyıtli Cəmiyyəti tərəfindən "Paşa Bank" ASC-də olan bank hesabından  2020-ci ilin 31 mart tarixində  50000 (əlli min) manat vəsait köçürülüb .

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?