Arxiv
31 mart 2020, 14:26 | AKTUAL
Millət vəkili: “Atılan addımlar yaxın gələcəkdə səmərə verəcək”  

Atılan addımlar yaxın gələcəkdə daha çox səmərə verəcək.

 

İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Ölkə baçşısının rəhbərliyi ilə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Cənab Prezident hər zaman öz çıxışlarında vurğulayıb ki, layiqli sosial - iqtisadi siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

 

Son günlərdə isə koronavirus pandemiyasının iqtisadiyyatımıza təsirlərinin minimallaşdırılması Azərbaycan hökuməti üçün hədəf olaraq müəyyənləşib. Azərbaycan dövləti bu gün koronavirusla bağlı yarana biləcək mümkün risklərin aradan qaldırılması, eyni zamanda ölkə əhalisinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir. Çünki Azərbaycan vətəndaşının rifahı, onun sağlamlığının və təhlükəsizliyinin qorunması hər zaman Azərbaycan dövlətinin başlıca prinsipi olub.

 

İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi qrupun sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirməsi onu deməyə imkan verir ki, belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Aydın məsələdir ki, koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən məhdudlaşdırıcı tədbirlər fərqli sektorlarda, xüsusən turizm, xidmət, ictimai iaşə, nəqliyyat və loqistika sektorlarında çalışan sahibkarların fəaliyyətinə mənfi təsir göstərir. Bu baxımdan yeni fondun formalaşmasında məqsəd sahibkarlara və vətəndaşlara dəyən ziyanın minimumlaşdırılması, onlara dövlət dəstəyinin daha da gücləndirilməsidir.

 

Sahibkarlara dəyən ziyanın qiymətləndirilməsi ilə bağlı yaradılan işçi qrup fərqli sahələrdə çalışan sahibkarların fəaliyyətinə mənfi təsirlərin minimumlaşdırılması ilə bağlı fəaliyyət göstərir. Bu gün koronavirus pandemiyasının geniş coğrafiyada yayılması və bütün dünyada qlobal böhranın getdikcə geniş vüsət alması nəticəsində ölkə iqtisadiyyatında yarana biləcək qlobal risklərin maksimum şəkildə azaldılması istiqamətində hökümətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. Xüsusən də 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramın reallışdırılması ilk növbədə Azərbaycan hökumətinin öz vətəndaşına verdiyi dəyər və qiymətin bariz nümunəsidir. Beləliklə bu fəaliyyət proqramının uğurla icrası üçün dövlətimiz bütün mümkün vasitələrdən istifadə edir və atılan addımların yaxın gələcəkdə daha çox səmərə verəcəyini artıq indidən proqnozlaşdırmaq olar.

 

Millət vəkili Anar Məmmədov

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ildən BMU-da daha bir yeni ixtisas üzrə kadrlar hazırlanacaq - Müsahibə 4 İyun 2020, 15:54 Baş Nazir jurnalistlərin ofisdən işləməsinə icazə vermədi 4 İyun 2020, 15:48 Milli Qəhrəman: “Surət Hüseynov vətənə xəyanət etdi - Hələ bir danışmağa üzü də var” - MÜSAHİBƏ 4 İyun 2020, 15:45 “Neftçi” və “Qarabağ”ın oyunları keçirilməyəcək 4 İyun 2020, 15:40 Avtobuslarda kondisionerlərin işə salınmasına göstəriş verildi 4 İyun 2020, 15:35 Deputat Asim Mollazadə əhaliyə müraciət etdi 4 İyun 2020, 15:31 Şəmkirdə karantin qaydalarını pozan çay evi sahibi cərimə olundu - FOTO 4 İyun 2020, 15:25 Prezident bu şəxsləri MÜKAFATLANDIRDI 4 İyun 2020, 15:22 Bakı Dairəvi-1 avtomobil yolunda DƏYİŞİKLİK 4 İyun 2020, 15:18 İcra başçısı Gəncədə abadlıq işlərinin gedişatı ilə tanış oldu - FOTO 4 İyun 2020, 15:12 İlham Əliyev məktəb tikintisinə 2 milyon ayırdı 4 İyun 2020, 15:06 Azərbaycanlı hakimdən Rusiyanı qəzəbləndirəcək HÖKM... 4 İyun 2020, 15:00 Prezident yol tikintisinə 5 milyon ayırdı 4 İyun 2020, 14:55 Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda mağazalar iki gün işləməyəcək - QƏRAR 4 İyun 2020, 14:52 “Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 4 İyun 2020, 14:50 Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanına qeydiyyat başladı 4 İyun 2020, 14:47 Sabah bu şəhərlərdə dövlət qurumları 14:00-a qədər işləyəcək - RƏSMİ 4 İyun 2020, 14:45 Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU 4 İyun 2020, 14:40 Şənbə-bazar evdən yalnız BU İCAZƏ ilə çıxmaq mümkün olacaq 4 İyun 2020, 14:37 Vyetnam Milli Assambleyası Azərbaycana tibbi maska göndərdi 4 İyun 2020, 14:32 DİM buraxılış imtahanlarının vaxtını dəyişdi - Yeni TARİXLƏR 4 İyun 2020, 14:28 Əli Əsədov karantin rejiminin sərtləşdirilmə səbəbini AÇIQLADI- MÜRACİƏT - VİDEO 4 İyun 2020, 14:24 Bu şəhər və rayonlarda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam QADAĞAN OLUNDU 4 İyun 2020, 14:20 Fəaliyyəti dayandırılmayan sahələr AÇIQLANDI 4 İyun 2020, 14:17 Yoluxma halları artsa, bölgələrdə də sərt tədbirlər tətbiq olunacaq - Əli Əsədov 4 İyun 2020, 14:13 Dörd şəhərdə sərt karantin rejimi tətbiq olundu - QƏRAR 4 İyun 2020, 14:11 Azərbaycan bu koronavirus göstəricisinə görə dünyada 16-cıdır 4 İyun 2020, 14:05 Baş Nazir karantin rejimini SƏRTLƏŞDİRDİ 4 İyun 2020, 14:00 Məşhur Məmmədov Masallı sakinlərinə müraciət etdi 4 İyun 2020, 13:54 Lukaşenko yeni Baş Nazir təyin etdi 4 İyun 2020, 13:48 Baş Nazir koronavirusla bağlı əhaliyə müraciət edəcək 4 İyun 2020, 13:42 Bakı-Sumqayıt qatarlarının sayı artırıldı - YENİ QRAFİK 4 İyun 2020, 13:36 Bu il 11-ci sinfi 80646 şagird bitirir 4 İyun 2020, 13:30 Sabah hava necə olacaq? - PROQNOZ 4 İyun 2020, 13:20 Dünyanın bu ərazisi də koronavirusdan QURTULDU 4 İyun 2020, 13:14