Modern.az

Polşadakı azərbaycanlılar təxliyə olunmalarını gözləyir

Polşadakı azərbaycanlılar təxliyə olunmalarını gözləyir

31 Mart 2020, 16:14

Azərbaycanlıların sıx yaşadığı ölkələrdən biri də Polşadır. Hazırda Polşada pandemiya ilə əlaqədar karantin rejimi elan edilib, iş yerləri bağlanıb. Belə vəziyyətdə isə Polşaya işləmək üçün gedən vətəndaşlarımız işsiz, bəziləri isə hətta evsiz qalıb.

 

Onlardan 16 nəfər hazırda Azərbaycan Evində yerləşdirilib. Bu halda onlara həm diaspor təşkilatı, həm də elə Polşada yaşayan həmyerlilərimiz tərəfindən maddi və mənəvi yardım göstərilib.

 

Ötən gün Azərbaycan Evində yerləşdirilən vətəndaşlara maddi yardım göstərən Polşada Azərbaycan Assosiyasının sədri Xəlil Həsənov onların vəziyyəti barədə Modern.az-a danışıb. Assosasiya sədri deyib ki, vətəndaşlarımız iki otaqlı evdə qalırlar və təxliyyəni gözləyirlər:

 

“Azərbaycanlıların burada köməyə ehtiyacı olduğunu öyrənən kimi tez gedib yağdan, baladək hər şey aldım. Əlimizdən nə gəlirsə o yardımı da göstəməyə hazırıq. Hazırda Azərbaycan Evində qalanlar hamısı burda taksi xidmətində, fabriklərdə işləyən və indi işsiz qalan şəxslərdir. Əvvəllər  bu insanlar kirayə qalırdı, ya da ki, fabrik və zavod sahibləri yaşayış yeri ilə təmin edirdi. Amma karantin rejiminə görə hamısı yaşadığı yerdən çıxarılıblar.

 

Mənə dünən xəbər verilən kimi, tez restorandan yemək sifariş etdim və tapşırdım ki, onlara gecə yatmaq üçün yorğan-döşək alınsın. Açığı deyim ki, köməklik etsəm də, mən evə qalxmadım. Çünki iki otaqlı evdir və 16 nəfər o otaqlarda qalır. Hamısı Azərbaycana qayıtmaq istəyir və təxliyəni gözləyirlər. Vətəndaşlarımızın hamısının səhhəti qaydasındadır”.

 

Polşada Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərli deyir ki, hazırda hər şey qaydasındadır, Azərbaycan Evində müvəqqəti qalan vətəndaşlarımızla əlaqə saxlanılıb:

 

“Dünən gedib Azərbaycan Evində qalan vətəndaşlarımızla görüşdüm. Düzdür, əvvəl bir qədər çətinlik oldu, amma sonra Polşada yaşayan azərbaycanlı iş adamları onların ehtiyaclarının olduğunu öyərənən kimi yardım etməyə başladılar. Hazırda hər şey qaydasındadır, digər azərbaycanlılar kimi onlar da təxliyə olunacaqları günü gözləyirlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür