Modern.az

Azərbaycan parlamentində onlayn iclas 

Azərbaycan parlamentində onlayn iclas 

31 Mart 2020, 16:41

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilk onlayn komitə iclasını keçirib.

 

Modern.az-ın xəbərinə görə, komitə iclasında qanun layihələrinə dəyişiklik edilməsi məsələləri müzakirə olunub.

 

Əsasən “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təmizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı və ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə komitə üzvlərinin iştirakı ilə onlayn qaydada baxılıb. Komitədə müzakirə olunan məsələlər plenar iclasa tövsiyə olunub.

 

Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir