Modern.az

Avroviziyanın əvəzinə onlayn konsert veriləcək

Avroviziyanın əvəzinə onlayn konsert veriləcək

Aktual

1 Aprel 2020, 13:48

Avroviziya mahnı müsabiqəsinin təşkilatçıları ləğv edilmiş şounun əvəzinə onlayn şəkildə konsert verəcəklər.

 

Modern.az  xəbər verir ki, bu barədə yarışmanın rəsmi saytında məlumat verilib. Konsert həm builki, həm də ötən illərin iştirakçılarının çıxışı ilə reallaşacaq.

 

“Eurovision: Avropa işıqla parlayır” adlı konsert mayın 16-da Avropa vaxtı ilə saat 21:00-da keçiriləcək.

 

Təşkilatçılar bu il yarışmada iştirak edəcək ölkələri və Avropa Yayım Birliyinin üzvlərini bu konserti yayımlamağa çağırıb.

 

Xatırladaq ki, “Eurovision” mahnı müsabiqəsi 12-16 may tarixlərində Rotterdamda keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən martın 18-də müsabiqənin sözügedən tarixdə keçirilməyəcəyi elan edilmişdi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır