Modern.az

Xüsusi karantin rejimini pozan şəxslər cərimələndi - FOTO

Xüsusi karantin rejimini pozan şəxslər cərimələndi - FOTO

Aktual

1 Aprel 2020, 15:59

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən vətəndaşlarla profilaktik söhbətlər aparılır. Edilən xəbərdaqlıqlara məhəl qoymayaq şəxslər barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilirlər.

 

Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə virusun ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür