Arxiv
3 Aprel 2020, 09:40 | PARLAMENT
Şimal bölgəsində KORONAVİRUSla bağlı son durum: DEPUTATLAR DANIŞDI

Koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə demək olar ki, bütün qurumlar vətəndaşlara kömək məqsədilə səfərbər olunub.

 

Virusun qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün vətəndaşların sağlamlığı üçün qaydaları bir az da sərtləşdirir.

 

Belə olan halda günəmuzd çalışan və evdən çıxmaq imkanı olmayan şəxslər var ki, bu günlərdə onların daha çox köməyə ehtiyacı var.

 

Milli Məclisin deputatları var ki, onlar bu günlərdə seçicisinin problemlərinin yanında ola bilirmi? Ehtiyacı olan seçicilərinə dəstək üçün deputatlar hansı addımları atırlar?

 

Modern.az  bu dəfə Milli Məclisin Şimal zonasının deputatları ilə əlaqə saxlayıb.

 

54 saylı Şabran-Siyəzən seçki dairəainin deputatı Sadiq Qurbanov deyir ki, belə günlərdə daha sıx birləşməliyik:

 

“Koronavirus infeksiyası dünya ölkələrinin səhiyyə sistemini bərbad vəziyyətə salıb. İnfeksiyaya yoluxma halları sürətlə yayıldığından xəstəxanalarda yer belə, yoxdur. Təəssüf ki, ölkəmizdə də bu virusa yoluxma halları müşahidə edilir. Deputatı olduğum bölgədə də virusa qarşı insanların maarifləndirilməsini həyata keçiririk.

 

Hesab edirəm ki, bu günlərdə daha sıx birləşməliyik. Ehtiyacı olan insanların yanında olmalıyıq. Nazirlər Kabineti yanında Operativ Qərargah infeksiyanın yayılma arealını azaltmaq üçün qaydaları hər gün bir az daha sərtləşdirir. Mütəmadi olaraq Rayon İcra Hakimiyyətinin rəhbəri ilə əlaqə saxlayıram. İndiki halda insanların ehtiyacları da çoxalıb. Gücümüz çatdığı qədər bütün müraciətləri həll etməyə çalışırıq”.

 

55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov seçiciləri ilə mütəmadi saxladığını söyləyib:

 

“Koronavirus infeksiyası bəşəriyyət üçün qorxulu həddə çatmaqdadır. Virusa qarşı hər hansı vaksin hazırlanmadığından insanların yoluxması sürətlə baş verir. Bu gün bütün ölkə rəhbərlərinin vətəndaşlardan bir xahişi var ki, evdə otursunlar. Mən də deputat olaraq seçicilərimə elan olunan müddətə qədər evdə oturmalarını tövsiyə edirəm. Şimal zonasında da karantində olan vətəndaşlarımız çoxdur. Əsasən Rusiyadan ölkəmizə gələn insanlar həmin bölgənin məşhur otellərində yerləşdiriliblər. Nabran istirahət mərkəzi karantin dövrünü keçən insanların ixtiyarına verilib. Karantində olan vətəndaşlarımızın vəziyyəti ilə hər gün maraqlanır, ehtiyacları olan məsələləri həll edirik. Bu gün daha çox insanların tibbi maskaya ehtiyacı var. Çalışırıq ki, gün ərzində minimal sayda olsa da, aptekləri tibbi maska ilə təmin edək.  Mütəmadi olaraq Xaçmaz rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlayır, insanların ehtiyacı olan digər problemləri həll edirik”.

 

51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamov seçicilərinin yanında olduğunu vurğulayıb:

 

“Koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabinetinin yanında Operativ Qərargahın xüsusi karantin rejimi Qusar rayonunda da çox yüksək təşkil olunub. Hazırda Qusardayam və müəyyən məsələlərlə maraqlanıram. Bütün yaşayış məntəqələrdə postlar qurulmuş, insanların hərəkətinə məhdudiyyətlər qoyulub. Rayon sakinləri evdə qal çağırışına əsasən əməl edirlər. İnsanların evdə qalması özü ilə bağlı müəyyən çətinliklər də yaradıb. Qusarda son illər turizm sahəsi inkişaf etdiyindən rayonda gənclərin işlədiyi əsas sahə restoranlar və istirahət mərkəzləridir ki, bu yerlərdə günəmuzd işləyən insanların gəlirlərində çətinliklər yaranıb. Həm də Qusar dağlıq rayon olduğundan indi də istilik sistemlərindən istifadə olunur ki, məhdudiyyətlərin tətbiqi və insanların evdə oturmaqları kommunal sərfiyyatlarını iki dəfədən çox artmasına gətirib. Rayon sakinləri bizimlə əlaqə saxlayaraq işıq və qazın limitlərindəki məhdudiyyətin aradan qaldırılması məslələsini xahiş edirlər. Həm də apteklərdə tibbi maska çatışmamazlığından rayon sakinləri şikayətlənir. Hamı tibbi maska geyinmək istəyir. Amma təəssüf ki, apteklərdə yoxdur və ya az miqdarda gəlir. Gələn kimi də növbələrlə tez bir zamanda satılıb qurtarır.Onu da qeyd edim ki, martın əvvəllərində tibbi spirtlə bağlı problem var idi . Amma Qusarda fəaliyyət göstərən AzeriRus SPİRİTS zavodu sutkada 30 min litr tibbi spirt istehsal etməyə başlamış və bu, rayon təlabatını tam ödəmiş və ölkəmizin apteklərini də təchiz edib. Küçələr və müəsisələr dizenfeksiya olunur və demək olar ki, gigiyenik tələblərə riayət olunur. Qusar rayon seçiciləri dövlətin koronavirus pandemiyasına qarşı mübarizə addımlarını alqışlayır və tezliklə epidemiyanın başa çatmasını arzulayırlar”.

 

53 saylı Quba-Qusar seçki dairəsinin deputatı Anatoli Rafaelovun sözlərinə görə, insanların müraciətləri hər zaman olub:

 

“Bildiyiniz kimi, hazırda parlament aktiv fəaliyyət göstərmir. İnsanların zərurət olmadığı halda evdən çıxması qadağandır. Həm yolların bağlı, həm də yaşımın 65-dən yuxarı olması səbəbindən deputatı olduğum rayona gedə bilmirəm. Ancaq seçicilərim tərəfindən müraciətləri alıram. Qaldı ki, sosial problemlərə bu cür müraciətlər hər zaman olur. Rayon rəhbərliyi, köməkçim vasitəsilə ehtiyacı olan insanlara köməklik göstərilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat: "İnsan haqlarından danışan Avropa Şurası Ermənistanın pozucu siyasətinə göz yumur" 6 İyun 2020, 16:40 Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ 6 İyun 2020, 16:32 Gürcüstanda azərbaycanlı polis öldü 6 İyun 2020, 16:25 “Vətəndaşların fəaliyyət istiqaməti NK-nın qərarı ilə təsdiqlənməsə və icazəsi aktivləşdirilsə, cərimələnə bilərlər” - RƏSMİ 6 İyun 2020, 16:17 Mirtağı Əsədov Gürcüstanın DTX-nə çağrıldı 6 İyun 2020, 16:08 Dalana dirənən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır - Fərid Şəfiyev 6 İyun 2020, 16:00 Gəncədə narkotacir saxlanıldı   6 İyun 2020, 15:52 Amerikada yaşamaq şansı verən “Green Card”a kimlər müraciət edə bilər? - VİDEO 6 İyun 2020, 15:45 Azərbaycanda deputatın yaxın qohumu koronavirusdan öldü 6 İyun 2020, 15:38 Avropa Şurasının ikibaşlı ermənipərəst siyasət aparması bizdə təəcüb və təəsüf hissi yaratdı - Vahid Əhmədov 6 İyun 2020, 15:30 Polisin bu addımı müsbət qarşılandı - FOTO 6 İyun 2020, 15:23 Kamran Bayramov: "AŞPA-nın qərəzli mövqe Azərbaycanın deyil, təşkilatın özünün nüfuzuna xələl gətirir" 6 İyun 2020, 15:15 Bələdiyyə sədri kəndin mərkəzinə su çəkdi 6 İyun 2020, 15:07 Polis jurnalistin xəstə anasına yardım etdi 6 İyun 2020, 15:00 Yardımlı və Bərdədə 7 tondan çox çətənə kolu məhv edildi 6 İyun 2020, 14:53 ÜST maskaların istifadəsinə dair təlimatını YENİLƏDİ 6 İyun 2020, 14:45 Azərbaycanda koronaviruslu xəstələrin dəhşətli görüntüsü - VİDEO 6 İyun 2020, 14:36 Ulvi Quliyev: “AŞPA bəyan etdiyi prinsiplərin əksinə fəaliyyət göstərməklə özünü iflasa sürükləyir” 6 İyun 2020, 14:27 Avropa Şurası ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur 6 İyun 2020, 14:18 Ədalət və insanlıq dərsi! - MUSA URUD YAZDI 6 İyun 2020, 14:10 Faktiki HAVA 6 İyun 2020, 14:03 Bakının kimsəsiz və səssiz küçələri - FOTOLAR 6 İyun 2020, 14:00 Azərbaycan nefti 43 dolları ÖTDÜ 6 İyun 2020, 13:57 ABŞ Almaniyadakı hərbiçilərinin sayını azaldacaq   6 İyun 2020, 13:50 Sabahın hava PROQNOZU 6 İyun 2020, 13:45 Bakı sakinlərinə XƏBƏRDARLIQ 6 İyun 2020, 13:37 Müstəqil Azərbaycanda elan edilmiş ilk fövqəladə vəziyyət, komendant saatı: 90-cı ildən üzü bəri... - Yaxın TARİX 6 İyun 2020, 13:29 Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi 6 İyun 2020, 13:22 Hamiləlik və laktasiya zamanı viruslu xəstəliklərə qarşı həssaslıq artır 6 İyun 2020, 13:13 İcazəsiz hərəkət edən avtomobillər aşkarlandı - DYP 6 İyun 2020, 13:04 BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir 6 İyun 2020, 12:54 Bakıda evdən çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas etdi - VİDEO 6 İyun 2020, 12:45 "Dərs vaxtı"nın iyunun 8-nə olan CƏDVƏLİ 6 İyun 2020, 12:37 Sabirə qoyulan heykəl illər sonra niyə dəyişdirildi? – SƏBƏB 6 İyun 2020, 12:30 Azərbaycanda 7 minə yaxın müəllim iş yerini dəyişmək istəyir 6 İyun 2020, 12:26