Modern.az

AZAL İstanbul və Moskvadan azərbaycanlıları geri qaytardı

AZAL İstanbul və Moskvadan azərbaycanlıları geri qaytardı

Aktual

3 Aprel 2020, 16:33

"AZAL" aviaşirkəti tərəfindən aprelin 3-də İstanbuldan Bakıya çarter reysi yerinə yetirilib.

 

Bu barədə Modern.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin reyslə Bakıya 106 nəfər Azərbaycan vətəndaşı çatdırılib.

 

Eyni zamanda, bu gün səhər saatlarında "Azərbaycan Hava Yolları" aviaşirkətinin təyyarəsi ilə 69 sərnisinlə Londondan Bakıya reys həyata keçirilib. Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub. Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

 

AZAL bir daha vətəndaşları ciddi zərurət olmadan evdən çıxmamağa və uçuşlar həyata keçirməməyə çağırır.

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək hər birimizin borcudur", - deyə AZAL-dan bildirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi