Modern.az

Maska qıtlığının səbəbi AÇIQLANDI

Maska qıtlığının səbəbi AÇIQLANDI

Aktual

3 Aprel 2020, 22:54

“Tibbi maskalarla bağlı qıtlıq var”.

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində bildirib.

İbrahim Məmmədov problemin həlli istiqamətində tədbirlər görüldüyünü vurğulayıb:

"Amma bu o demk deyil ki, maska təmamilə yoxdur. Ola bilər ki, insanlar maska axtarırlar, amma tapa bilmirlər – bu da bir faktdır. Sadəcə olaraq, maska qıtlığı bütün dünyada belədir.

İqtisadiyyatın bir qanunu var: hər hansı bir əmtəəyə tələbat gözlənilmədən yüz və minlərlə dəfə artırsa, həmin məhsulun tapılmasında qıtlıq müşahidə olunur. Ona görə də koronavirus gözlənilmədən və planlaşdırılmayan bir bəladır. Bəla da heç vaxt xəbərdarlıq edib, qapını döyərək gəlmir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır